İyunun 30-da kompüterlərin 5 dəqiqəlik söndürülməsi tövsiyə olunur

İyunun 30-da kompüterlərin 5 dəqiqəlik söndürülməsi tövsiyə olunur

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi yeni xəbərdarlıqla çıxış edib. Xəbərdarlıqda qeyd olunur ki, bu ilin 30 iyun tarixində saat 23:59:59-da dünya saatının 1 saniyə irəli çəkilməsinə qərar verilib.

Milli-Xeber.az saytı xəbər verir ki, bu addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır.

“Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır. Belə ki, 2012-ci ildə edilən dünya saatına edilən oxşar dəyişikliklər nəticəsində bir sıra məşhur veb saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxıb. Belə ki, kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir. Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə səhv kimi başa düşüb öz fəaliyyətini dayandıra bilərlər”- deyə məlumatda vurğulanıb.

Bununla bağlı, mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədi ilə 30 iyun tarixində saat 23:58-də 5 dəqiqəlik kompüterləri söndürməyi tövsiyə edir.


OXŞAR XƏBƏRLƏR

Rafael Ağayev əməliyyat olundu - FOTO

Karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev əməliyyat keçirib.   Sfera.az xəbər verir ki, bu barədə idmançı özü paylaşım edib.   ...

Sakinlərə XƏBƏRDARLIQ: Bu saatlarda liftdən istifadə etməyin

Mayın 9-da səhər saat 09:00-dan günorta 13:00-a qədər Moskva sakinlərinə liftlərdən istifadə etməmələri bildirilib.   Sfera.az xəbər verir ki, b...

İlham Əliyev "Xocalı" yarımstansiyasının açılışında iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzin...

Yeni Papa ilk xütbəni verdi: “İncili təbliğ edin"

Vatikanın Müqəddəs Pyotr Bazilikasında keçirilən mərasimdə Katolik Kilsəsinin yeni rəhbəri Papa XIV Leo ilk xütbəsini verib. Ənənəvi ayinlər çərçivəsində keçiri...

Nazan Öncəl xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış müğənnisi Nazan Öncəl xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkə hesabında mə...

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...