Polisdən əhaliyə müraciət: Binaların fasadlarında paltar qurutma ənənəsinə son qoyun

Polisdən əhaliyə müraciət: Binaların fasadlarında paltar qurutma ənənəsinə son qoyun
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) əhaliyə müraciət edib.

Sfera.az-ın məlumatına görə, müraciətdə deyilir: "İnkişaf tempinə uyğun olaraq paytaxtda həyata keçirilən layihələr uğurla icra olunur. Paytaxt müasirlik və estetik gözəlliyinə görə dünyanın ən məşhur şəhərləri sırasında olduğunu nəzərə alaraq hər bir şəhər sakini ətraf mühitin ümumi görkəminə töhfə verməlidir.

Nədir bu töhfələr, kimdən daha çox asılıdır? Bu, hər birimizdən asılıdır. Antisanitar vəziyyət, piyada səkilərinin təyinatı üzrə istifadəsinə etinasız münasibət, yaşayış binalarının fasadlarında asılan qurutma zivələri cəmiyyəti qayğılandırır. Şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayırı-ayırı paytaxt sakinləri tərəfindən polisə daxil olan müraciətlərdə ekologiyanın və ətraf mühitin mühafizəsi, piyada səkilərinin zəbt olunması məsələsi önə çəkilir.

Vətəndaş müraciətlərini nəzərə alaraq, paytaxt sakinlərindən xahiş olunur ki, piyada səkilərini təyinatı üzrə istifadə etməklə, dayanma-durma qaydalarının tələblərinə əməl etsinlər, avtomobilləri piyada səkilərində saxlamasınlar, şəhərin təmizliyinə həssas yanaşsınlar, binaların fasadlarında paltar qurutma ənənəsinə son qoysunlar.

Sadalanan halların nümunəvi təminində və həyata keçirilməsində hər bir paytaxt sakinini, qonaqları fəal iştiraka çağırırıq".


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...