Polis əməkdaşının arvadı oğurluq etdiyi evə od vurdu - Ağdaşda CİNAYƏT

Polis əməkdaşının arvadı oğurluq etdiyi evə od vurdu - Ağdaşda CİNAYƏT

Ağdaş rayonunda müəmmalı yanğın hadisəsinin üstü açılıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi Ağdaş şəhərinin Yusif Nəbiyev küçəsindəki 40 saylı mənzildə qeydə alınıb.

Şəhər sakini, 1971-ci il təvəllüdlü Səmədov Rufan Lətif oğluna məxsus, ümumi sahəsi 153 kvadratmetr olan iki mərtəbəli dördotaqlı evdə baş verən yanğının səbəbləri və bəzi təfərrüatları məlum olub. Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Yanğın zamanı ailə üzvləri yas mərasimində olduğu üçün evdə heç kim olmayıb. Evin ilkin olaraq elektrik naqilində baş verən qısaqapanma səbəbindən yandığı barədə məlumat verilib.
 
Hadisədən sonra ev sahibi otaqlarda axtarış aparan zaman mənzildəki qızıl-zinət əşyalarını tapmadığını və məsələ ilə bağlı dərhal Ağdaş Rayon Polis Şöbəsinə məlumat verərək yanğından əvvəl mənzilindən oğurluq edildiyini bildirib. Ev sahibi Rufan Səmədov APA-ya bildirib ki, mənzildən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb, axtarış zamanı ev əşyaları dağıdılıb, sındırılıb, oğurluq edən şəxs izi itirmək üçün mənzilə benzin tökərək od vurub. Yanğın zamanı ev sahibinə ümumilikdə 100 min manatdan çox maddi ziyan dəyib.
 
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədənin kimliyi məlum olub. Məlum olub ki, yanğın hadisəsini qonşuda yaşayan 1983-cü il təvəllüdlü Şəlalə Abid qızı Zamanpur törədib. Ağdaş Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, polis serjantı Samir Zamanpurun həyat yoldaşı olan Şəlalə Zamanpur şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hadisənin bir nəfər tərəfindən törədilmədiyi ehtimal olunur. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları yanan evə baxış keçiriblər. FHN-in Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları yanmış mənzilə baxış keçiriblər. Araşdırma zamanı mənzilin elektrik naqilində qısaqapanma səbəbindən deyil, benzin tökülərək qəsdən yandırıldığı aşkar edilib.
 
Evin qəsdən yandırılmasının bəzi təfərrüatları da məlum olub. Belə ki, rayon sakinlərinin sözlərinə görə, Şəlalə Zamanpurla yanan ev sahibəsi, 1974-cü il təvəllüdlü Nisə Rauf qızı Səmədova arasında şəxsi münasibətlər zəminində dava olub. Qadın qonşu ilə ədavət apararaq mənzilindən oğurluq edib və evini qəsdən yandırıb. Hazırda Rufan Səmədovun ailəsi evsiz qaldığı üçün qohumların mənzilinə yerləşib.
 
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdıra aparılır.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Abşeronda dayı bacısı oğlunu güllələdi

Beyləqan sakini bacısı oğlunu güllələyib. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, A...

Ötən gün toylara görə 2 nəfər cərimələndi, 21 nəfər şənliyə buraxılmadı

Ötən gün toylara görə 2 nəfər cərimələnib, 21 nəfər şənliyə buraxılmayıb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat...

Bakıda orta məktəbdən oğurluq edildi

Bakıda orta məktəbdən oğurluq edilib. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Yasamal Rayon Polis ...

Ukraynada həbs olunan “siyasi mühacir“in məhkəməsi başlayır: 90 nəfəri aldadıb

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sfera.az xəbər verir ki, tə...

Azərbaycanda söyüşlü rəy yazanlar cəzalandırılacaq - VİDEO

Bəzi şəxslər sosial şəbəkələrdə digər istifadəçilərə təhqiredici şərh və ismarıclar yollayırlar. Yəni, virtual aləmin sərhədsiz imkanlarından neqativ yöndə isti...

Bakıda qanunsuz parklanmaya görə daha 175 şəxs cərimələndi - FOTOLAR + VİDEO

Sabunçu və Binəqədi rayonlarında qanunsuz parklanma ilə əlaqədar bu gün keçirilən reydlər zamanı 175 nəfər cərimələnib. Bu barədə Sfera.az-a Daxili İşlər ...