Pişiklərin çölə çıxması qadağan edildi - 926 manat cərimə yazılacaq

Pişiklərin çölə çıxması qadağan edildi - 926 manat cərimə yazılacaq
Avstraliyanın Melburn şəhərinin şərqində yerləşən Knox bölgəsində ev pişiklərinə çölə çıxmaq qadağası qoyulub.
 
Sfera.az xəbər verir ki, səlahiyyətlilər oktyabrın 1-dən tətbiq olunacaq çölə çıxmaq qadağasının məqsədinin pişikləri və vəhşi heyvanları qorumaq olduğunu bildiriblər.

Evlərindən birinci dəfə çıxan pişiklərə görə sahibləri 91 dollar (154 AZN), sonrakı qayda pozuntusuna görə isə 545 dollar (926 AZN) cərimə ediləcəklər.
Yerli idarəetmə qurumu açıqlamasında bildirib ki, bölgədə qeydiyyatda olan 7000 ev pişiyi özbaşına gəzə bilməz. Pişiklər yalnız onların çölə çıxmasının qarşısını almaq üçün çəpərlər salınması şərtilə evlərin bağ sahələrində gəzə bilərlər.

Knoxun ətraf mühit üzrə ixtisaslaşmış dərnəklərindən birinin rəhbəri Riçard Faraqer pişiklərin quşları, kiçik məməliləri və kərtənkələləri yemələrinin ekologiya üçün ciddi problemlər yaratdığını qeyd edib. 

Bəzi ekoloqlar tərəfindən müsbət qəbul olunan qərar Knox sakinlərinin isə mənfi reaksiyasına səbəb olub. 

Əzizə 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...