PFL pandemiya ilə əlaqədar tövsiyələr hazırlayır

PFL pandemiya ilə əlaqədar tövsiyələr hazırlayır
 

Azərbaycan Premyer Liqasının bərpası dəqiqləşdikdən sonra klublara koronavirusa yoluxma təhlükəsi ilə əlaqədar müəyyən tövsiyələr veriləcək. 

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Texniki idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.  

O, Avropa Peşəkar Futbol Liqalarına (EPFL) PFL-in də üzv olduğunu xatırladaraq müəyyən qaydaların tətbiq olunması üçün müxtəlif versiyaların nəzərdə tutulduğunu bildirib: "Biz də EPFL-in müzakirələrində iştirak edirik. PFL-in də bəzi fikirləri var. Hazırda sənəd şəklində hazırlanan və klublara tələb, tövsiyə xarakterli göndərilən bir məktub yoxdur. Sadəcə, üzərində işləyirik".

PFL rəsmisi ölkədə koronavirusla bağlı bəzi sahələrin fəaliyyətini bərpa etdiyini xatırladıb: "Ümid edirik ki, karantin müddəti tez bitəcək və istəyimizi gerçəkləşdirə, planlaşdırılmış vaxtda mövsümü bərpa edə biləcəyik. Təbii ki, klublara müəyyən tövsiyələrimiz olacaq. Amma tam formalaşdıqdan sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik. Hazırkı vəziyyətdə nə isə demək düzgün olmaz, çünki təsdiqlənmiş heç nə yoxdur".

Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...