“Pfizer” yeni vaksin hazırlığına başladı

“Pfizer” yeni vaksin hazırlığına başladı
Amerikanın "Pfizer” şirkəti koronavirusun "omicron” ştamının yaranması fonunda yeni peyvənd hazırlamağa başlayıb və yeni vaksin 100 gündən az müddətdə hazır ola bilər. 

Sfera.az xəbər verir ki, bunu şirkətin rəhbəri Albert Burla bəyan edib. 

Onun sözlərinə görə, mövcud vaksinlərin yeni ştama qarşı daha az təsirli ola biləcəyi ehtimalı var. Nəticədə yeni vaksinlər tələb edilir: 

"Biz artıq cümə günündən işə başlamışıq. Cümə günü biz yeni peyvəndin hazırlanması prosesinin ilk hissəsi olan DNT matrisini hazırladıq. Peyvəndi 100 gündən az müddətdə əldə edə bilərik”.

Qeyd edək ki, koronavirusun Cənubi Afrikada tapılan B.1.1.529 ştamı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "omicron” adlandırılıb. Daha çox sürətli yayılma tempi olan "omicron”dan hələ ki ölüm halı qeydə alınmayıb. 

 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiya və İran prezidentlərinin danışıqlarının gündəliyi AÇIQLANDI

"Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi hər iki ölkəni maraqlandıran bir çox mühüm məsələləri müzakirə edəcəklər”. Sfera.az TASS-...

İran Prezidenti Rusiyada səfərdədir

İran Prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri başlayıb. Sfera.az  TASS-a istinadən xəbər verir ki, onun təyyarəsi Moskva hava limanına enib. ...

XİN başçısı: “Nazarbayevin iğtişaşlarda əli olub-olmamasını istintaq göstərəcək”

"Düşünmürəm ki, Nursultan Nazarbayev və onun qohumlarının ölkədəki iğtişaşlarda əli var, lakin son nəticəni istintaq göstərəcək”. Sfera.az  "RİA Novo...

Bolqarıstan Prezidentinin andiçmə mərasimi keçirildi

Bolqarıstanda 2021-ci il noyabrın 21-də ikinci dəfə Prezident vəzifəsinə seçilmiş Rumen Radevin andiçmə mərasimi keçirilib. Sfera.az TASS-a istinadən xəbə...

Ərdoğan Putinlə Zelenskini Türkiyəyə dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Vladimir Zelenskini Türkiyəyə dəvət edib. Sfera.az  xəbər ve...

"Taliban" müsəlman ölkələrinə çağırış etdi

"Müsəlman ölkələri başda olmaqla bütün hökumətləri bizi tanımağa çağırıram”. Sfera.az "Habertürk”ə istinadən xəbər verir ki, bunu Əfqanıstandakı "Taliban”...