Peyvəndlə bağlı qərar açıqlanarkən huşunu itirdi - VİDEO
14:54 / 15.04.2021
2235
Danimarkada "AstraZeneca/Oxford” peyvəndinin istifadəsinin dayandırılması ilə bağlı qərarın açıqlandığı mətbuat konfransında gözlənilməz hadisə baş verib.
Sfera.az xəbər verir ki, Danimarka Dərman Agentliyi Farmakologiya Departamentinin direktoru Tanya Eriksen mətbuat konfransında huşunu itirərək yerə yıxılıb. Ona ilkin təcili yardımı zalda olan jurnalistlər edib.
Ötən gün bir çox televiziyanın canlı yayımı zamanı baş verən hadisə ölkədə gündəmə çevrilib.
Hadisə barədə Səhiyyə Şurası açıqlama yayıb. Hazırda Eriksenin vəziyyətinin yaxşı olduğu vurğulanıb. Direktorun qan təzyiqinin düşməsi səbəbilə huşunu itirdiyi bildirilib. Onun hadisənin baş verdiyi gün həddən artıq yorğun olduğu da diqqətə çatdırılıb.
Aysel
Sfera.az