Peyvənd vurduranlara 51 AZN mükafat – Koronavirusa yoluxanlara isə maaş verilməyəcək

Peyvənd vurduranlara 51 AZN mükafat – Koronavirusa yoluxanlara isə maaş verilməyəcək
7 milyona yaxın əhalisi olan Serbiyada COVID-19 epidemiyası əleyhinə peyvənd vurduran vətəndaşlara pul ödənişi ediləcək.
 
Sfera.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vucic məlumat verib.

Ölkə prezidenti bildirib ki, mayın 31-dək birinci və ya ikinci doza peyvənd vurduran hər bir vətəndaşa 3000 dinar (51 AZN) ödəniləcək.

Aleksandar Vucic bu üsulla vasitəsilə məsuliyyətli davranan vətəndaşların mükafatlandırılacağını bildirib. O, peyvənd etdirməkdən yayınanları məsuliyyətsiz və eqoist adlandırıb.

Belqrad hökuməti dövlət sektorunda işləyən və peyvənd olunmayanların koronavirusa yoluxduqları təqdirdə maaş ala bilməyəcəklərini də açıqlayıb.

Bu ayın sonunadək vətəndaşlarının 55%-nin peyvənd olunması hədəflənən Serbiyada "BioNtech”, "Sinopharm”, "AstraZeneca” və "Sputnik” peyvəndlərindən istifadə olunur.
 
İndiyədək 3.6 milyon peyvənddən istifadə olunan ölkədə əhalinin 29%-i azı birinci doza peyvənd etdirib.
 
İnci
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...