Pərvin Kərimzadə: Prezident İlham Əliyev Münxen debatında ermənilərə tarixi və siyasi dərs keçdi

Pərvin Kərimzadə: Prezident İlham Əliyev Münxen debatında ermənilərə tarixi və siyasi dərs keçdi
 

Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubu kimi motəbər bir forumun tribunasından "Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatından, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı faktlara əsaslanan nitqindən sonra Münxen müzakirəsi zamanı səsləndirdiyi tutarlı cavabları dünya içtimaiyyətində Ermənistanın işğalçı siyasəti haqqında aydın fikir yartdı.

15 fevral Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Prezident İlham Əliyevin münaqişənin necə həll edilməsi haqqında danışmaq üçün məsələnin tarixini əsaslı faktlarla ictimaiyyətə çatdırması işğalçı dövlətin baş nazirini çətin vəziyyətə saldı. Hətta Paşinyan Prezident İlham Əliyevdən tarixin çox dərinliklərinə getməməyini də xahiş etdi. Azərbaycanın ədalətli mövqeyi, dəqiq faktlar qarşısında açiz duruma düşən Paşinyan bir dənə də olsun tutarlı fakt ortaya qoya bilmədi.

Avropa və dünya ictimaiyyətinin gözü qarşısında ölkə Prezidenti İlham Əliyevin "Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib”-qəti şəkildə səsləndirdiyi bu fikirlər Ermənistan hökumətinin işğalçı siyasətini bir daha gündəmə gətirib.

Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bütün beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən tanındığını halda heç bir ölkənin Dağlıq Qarabağı tanımadığını da diqqətə çatdırılıb: "Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu qeyri-qanuni qurumu tanımır”.

Dünya içtimaiyyətinin gözü önündə Ermənistanın baş nazirinin məntiqsiz, cəfəngiyatla, yalanla dolu sərsəm iddialarına Prezident İlham Əliyevin iti zəkası və hazırcavablığı, siyasi məntiqi sayəsində tutarlı faktlarla cavabı işğalçı ölkədə də böyük əks-səda doğurdu. Azərbaycan Prezidentinin 45 dəqiqəlik müzakirələr zamanı arqumentli danışması, Paşinyan üzərində tam üstünlük əldə etməsi Ermənistan mətbuatının da diqqətindən yayınmadı, erməni ictimaiyyətini sözün həqiqi mənasında narahat etdi. Sosial şəbəkələrdə, mətbuatda Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskusiyaya lazımınca hazırlaşa bilməməsi bütün Ermənistanı gülünc vəziyyətə saldığı haqqında fikirlər gündəmə gəldi. Hətta baş nazir haqqında kəskin ifadələr belə işlədildi.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri vasitəsi ilə bir daha dünyaya bəyan edildi ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da Azərbaycan torpağı kimi qalacaq.

Müzakirələrin keçirildiyi gün təmas xəttində azərbaycanlı əsgərin erməni snayperi ilə öldürülməsi isə Ermənistanın təcavüzkar, işğalçı siyasətinin dünyaya nümayişi oldu.

Pərvin Kərimzadə
Milli Məclisin deputatı


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...