Pərvin Kərimzadə: Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması beynəlxalq hüquqa ziddir

Pərvin Kərimzadə: Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması beynəlxalq hüquqa ziddir
 

Tarixən təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma, eləcə də demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirməklə bu günkü faşist ideologiyasına xidmət edən dövləti yaradıb. Təbii ki, Livan ermənilərinin Azərbaycanın hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürülməsi işğalçı Ermənistanın məkrli planının bir hissəsidir. Bunu Milli Məclisin deputatı Pərvin Kərimadə bildirib.

 

Millət vəkili qeyd edib ki, ermənilərinin Dağlıq Qarabağa – Azəraycanın əzəli-əbədi torpaqlarına köçürülməsi zaman-zaman baş verib. Bu gün də faşist ideologiyasının hökm sürdüyü Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini zəbt etməyə xidmət edir.

Bir milyondan çox insanın hüquqlarını pozan, başqasının torpağına göz dikən işğalçı Ermənistanın saxta demokratiyası, hazırkı hakimiyyətin qurduğu diktatura rejimi öz əsl xislətini göstərməkdə davam edir. Bu gün işğalçı Ermənistanın Azərbaycanın tarixi ərazilərini işğal etməklə, sonra isə həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması cəhdi dünya ictimaiyyətinin gözü önündə baş verir. Təəssüflər olsun ki, bugünkü reallıqları əks etdirən faktları görməyən, daha doğrusu görmək istəməyən beynəlxalq təşkilatlar işğalçı Ermənistanın başına sığal çəkməklə məşğuldurlar. Erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyi işğalçı dövlətin rəhbərliyi tətəfindən rəsmən bildirilməsinə baxmayaraq beynəlxalq təşkilatlar əməli addımlar atmırlar.

Azərbaycan tərəfi işğalçı Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı ciddi etirazını ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında və müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaldırıb.

Eyni zamanda ölkəmizin haqlı mövqeyi elmi fakrlarla, dünya KİV-lərində, sosial şəbəkələrdə təbliğ olunur.

Livanda, Beyrutda baş verən partlayışdan, insanların fəlakətlərindən, faciələrindən istifadə edərək bu qeyri-qanuni məskunlaşma strategiyasını həyata keçirən Ermənistan hökuməti məsuliyyətə cəlb edilməlidir. Dağlıq Qarabağda qanunsuz məskunlaşdırma siyasətinin beynəlxalq humanitar hüququn, o cümlədən 1949-ci il Cenevrə konvensiyalarının müddəalarının kobud şəkildə pozduğunu nəzərə alsaq Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını beynəlxalq təşkilatlar da aydın görə bilərlər. Beynəlxalq təşkilatlar illərdir Ermənistan hökumətinin işğal olunmuş ərazilərimizdə coğrafi və yer adlarını dəyişdirdiyinə, Dağlıq Qarabağ və ətraf rayonların təbii resurslarını talan etdiklərinə, onlardan qazanc məqsədilə istifadə etdiklərinə, xüsusilə də Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü şəkildə məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərininə nəzər salaraq məsələyə hüquqi qiymət verməlidirlər. Lakin, çox təssüflər olsun ki, beynəlxalq təşkilatlar faşizm ideologiyasından güc alan işğalçı Ermənistanın əməlləri ilə bağlı obyektiv fikirlərini bildirmirlər.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...