Pərvin Abıyeva: “Təpik onurğanın içinə girdi, bir anlıq nəfəsim kəsildi..."

Pərvin Abıyeva: “Təpik onurğanın içinə girdi, bir anlıq nəfəsim kəsildi...

"Çəkilişlər şəxsən mənim üçün çox çətin oldu. Döyüşçü rolunu oynamışam, bir həftədən çox döyüş səhnələri üçün məşqlər etdim, çox ağır döyüş növü idi. Üstəlik çəkiliş prosesində çiyin və belimdən zədələndim. Döyüş səhnələrində kaskadyorlardan çox qəşəng bir təpik yemişəm, hələ də onun ağrısını kürəyimdə hiss edirəm. Əsl döyüşçülərlə döyüşmüşəm, zərbə gözlənilmədən gəldi. Təpik onurğanın içinə girdi. Ayaqqabılar da əsgər çəkmələri idi. Onlar da bilirsiniz ki, çox ağır olur. Bir anlıq nəfəsim kəsildi, yerə uzandım və dedim ki, mən öldüm. Bir ay bu ağrı ilə yaşadım. Buna baxmayaraq, ayağa qalxdım və rolumu oynadım. Çünki o döyüşü öyrənmək üçün çox əziyyət çəkmişdim. Çox çətin olsa da, çox yaddaqalan obraz canlandırmışam".

Sfera.az  publika.az-a istinadən xəbər verir ki, bu sözləri Ali Sunalın çəkdiyi "Haraket sekiz" də əsas rollardan birini canlandıran həmyerlimiz aktrisa Pərvin Abıyeva filmin dünən Bakıda keçirilən qala gecəsində deyib.

O, bildirib ki, türkiyəli məşhurlarla işləmək çox rahatdır: "Türkiyəli sənətçilər çox vaxt kənardan özündən razı görünür. Çəkiliş prosesində tanış olub ünsiyyət qurduqdan sonra görürsən ki, çox səmimi və sadə insanlardır. Onlarla birlikdə çox deyib-gülmüşük. İş prosesində onlara çətinlik yaratmıram, ünsiyyətciləm, ən əsası işimi çox bəyəniblər. Özümü də çox istəyirlər. Türklərlə işləmək çox rahatdır, əvvəla aktyora yüksək dəyər verirlər. Aktyor üçün hər cür şərait yaradılır, bütün problemlər rahatlıqla həll edilir. Məsələn, geyim və yemək dərdi yoxdur, dincəlmək üçün xüsusi karavanlar təşkil olunur. Çox nadir hallarda Azərbaycanda pavilyonlar belə rahat olur. Bu filmdə aldığım qonorarım az deyil, yaxşı pul almışam. Miqdarı desəm, ayıb olar".

Bu yaxınlarda Türkiyədə əməliyyat olunan kino ulduzu xəstəliyindən də söz açıb: "Keçən il ayağımın yuxarı hissəsində əzələ yırtılması oldu. Onun içinə kirli maye yığılmışdı. Üstünə düşmədim deyə mənə əziyyət verirdi, sonra onu əməliyyat etdirməli oldu. Türkiyədə 7 bal gücündə zəlzələ baş verəndə əməliyyatda idim. Sonradan bildim, Allaha şükür elədim ki, nə yaxşı zəlzələ çox güclü olmayıb. Yaxşı ki, həkimlər məni qoyub qaçmayıb".

Tez-tez geyimlərindən dolayı iradlara məruz qalan Pərvin Abıyeva bu məsələyə də münasibət bildirib: "Nəinki tənqidlərə, artıq təhqirlərə də alışmış bir insanam. Səhnə adamıyam, alışmışam. Ümumiyyətlə, bütün qala gecələrində geyimlərim daim müzakirə olunub. Odur ki, çox normal baxıram".

OXŞAR XƏBƏRLƏR

Təranə Qumralın qızı qısa şortda elə rəqs etdi ki... - VİDEO

Müğənni Təranə Qumralın qızı Qumral yenə də sosial mediadakı paylaşımı ilə diqqət çəkib. Sfera.az xəbər verir ki, Qumral instaqram hesabında rəqsini paylaşıb. ...

Oksana Rəsulovanın koronavirusla bağlı səs yazısı yayıldı - VİDEO

"Ehtiyac yaranarsa, könüllü həkim kimi virusla mübarizəyə qoşularam".  Sfera.az Redaktor.az-a istinadla xəbər verir ki, bu sözləri rəqqasə, aktr...

Murad Dadaşov onu da Xəzər TV-yə gətirdi

 "Xəzər" televiziyası tamaşaçıya yaxın günlərdə yeni layihə təqdim edəcək. Sfera.az bildirir ki, sözügedən telekanalın rəhbəri Murad Dadaşov türkiyəl...

Nazəninə AĞIR İTKİ

Tanınmış müğənni Nazəninə ağır itki üz verib. Sfera.az xəbər verir ki, bu gün sənətçinin qardaşı dünyasını dəyişib: "Daha bir qardaşımı itirdim”. ...

“Səndən sonra heç vaxt evlənməyəcəm” — Xərçəngdən əziyyət çəkən aktrisadan kədərli ETİRAF

Əməkdar artist Tünzalə Əliyeva əziyyət çəkdiyi xərçəng xəstəliyindən danışarkən göz yaşlarını saxlaya bilməyib. Sfera.az xəbər verir ki, o, bu barədə ARB...

"Həyat yoldaşım hansısa qadınla yatacaqsa..." - Nura Surinin bu açıqlaması aranı qatdı

Tanınmış müğənni Nura Surinin xəyanətlə bağlı açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Sfera.az xəbər verir ki, k...