No Image
No Image

Pensiyalar azaldılacaq? - İndeksləşdirilərsə...

Pensiyalar azaldılacaq? - İndeksləşdirilərsə...
2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz azalaraq 713,2 manat olub. 

Orta aylıq əməkhaqqının azalması dinamikası birinci rübün bütün aylarında müşahidə edilib və istisna edilmir ki, ilin yekununda da əməkhaqqı səviyyəsi azalsın. Əgər belə olarsa, o halda pensiyaların indeksləşdirilməsi hansı şəkildə həyata keçiriləcək?

Sfera.az xatırladır ki, Azərbaycanda hər il pensiyaların məbləği orta əməkhaqqı səviyyəsindəki artım tempinə uyğun olaraq indeksləşdirilir. 2020-ci ildə orta əməkhaqqı 11,4 faiz artdığından 2021-ci ildə pensiyaların sığorta hissəsi də o qədər artırılıb. 

Orta əməkhaqqı azalacağı halda pensiyalar da indeksləşdirilərək azaldılmalıdırmı?

Əməkhaqqı səviyyəsinin azalmasının pensiyalara təsirini şərh edən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirdi ki, pensiyalar əməkhaqqı səviyyəsində artım baş verdikdə indeksləşdirilir, əməkhaqqı səviyyəsi azaldıqda isə indeksləşdirmə həyata keçirilmir: 

"Qanunvericiliyə uyğun olaraq hər il əməkhaqqındakı orta artım sürətini əsas götürərək hesablama aparılır. Bununla bağlı sərəncam vermək səlahiyyəti də ölkə prezidentindədir. Pensiyaların indeksləşdirilərək azaldılması nəzərdə tutulmur”.

S.Məmmədov qeyd etdi ki, orta əməkhaqqı maaş fondunun işçilərin orta siyahı sayına bölünməsi yolu ilə hesablanır. Ekspert dedi ki, faktiki əmək haqqı azalmadığı təqdirdə də işçi sayının artması ilə orta əməkhaqqı səviyyəsi azala bilər. Bu baxımdan o, əməkhaqqının azalması halının həqiqətdə baş vermədiyini dedi: 

"Əməkhaqqı necə azala bilər? Məsələn, dövlət qulluğunda azalma yoxdur, dinamika müsbətə doğrudur. İlbəil inflyasiya baş verir və buna uyğun olaraq əməkhaqları artır. Qiymət artımları olan şəraitdə maaşların azaldılması müşahidə edilmir. Rəsmi əmək münasibətləri olan özəl sektorda da belədir”.

Xatırladaq ki, Pensiyaların indeksləşdirilməsi "Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Adıçəkilən qanunun 29-cu maddəsi əmək pensiyalarının indeksləşdirilməsi qaydasını müəyyənləşdirir.

Həmin maddəyə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir.
 
Vasif
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Maşın bazarında vəziyyət dəyişəcək: "Bu avtomobillərin sayı artacaq, ucuzlaşma isə...”

Bu il Azərbaycan avtomobil idxalını 32% artırıb. Belə ki, bu ilin yanvar-may aylarında ölkəyə 318 milyon ABŞ dolları dəyərində 31 220 ədəd müxtəlif təyinatlı av...

Nazir siqnal verdi: "Buna hazır olmalıyıq" - Azərbaycanın yaxın gələcək üçün planı nədir?

"Hazırda dünyanın energetika sektorunda böyük, inqilabi dəyişikliklər baş verir. Bu dəyişikliklər ənənəvi enerji mənbələrindən bir qədər imtina edərək "yaşıl ...

"Gömrük öz "trol" qrupunu yaradır ki..." - Ekspertdən sərt İTTİHAM

"Hamı ərzaq qiymətlərinin sürətlə artmasından doğru olaraq şikayətçidir, amma tək ərzağın qiyməti bahalaşmır. Avtomobil ehtiyat hissələrinin qiyməti də həftədən...

Son illərin ən yüksək bahalaşma dalğası gəlir

Azərbaycanda bu il ümumi qiymət artımının 2017-ci ildən sonra ən yüksək səviyyəyə çatacağı gözlənilir.  Sfera.az xatırladır ki, 2017-ci ildə qiymətlə...

Azərbaycan “Aİ-95” benzinini haradan və neçəyə alır? - İdxal qiyməti

2021-ci ilin iyunun 2-dən Azərbaycanda "Aİ-95” markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün 15 qəpik və ya 12 faiz artırılaraq 1 manat 40 ...

Süd və süd məhsulları BAHALAŞDI – Səbəb nədir?

Əmtəə qiymətlərində müşahidə edilən yüksək artım süd və süd məhsullarına da keçib.  Sfera.az bildirir ki, 2021-ci ilin ilk 4 ayı ərzində süd və süd m...