No Image
No Image

Penitensiar xidmətdən məhkumun ölüm səbəbi ilə bağlı - AÇIQLAMA

Penitensiar xidmətdən məhkumun ölüm səbəbi ilə bağlı - AÇIQLAMA
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sfera.az xəbər verir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar yalandır: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 


Turan Bank

OXŞAR XƏBƏRLƏR

“İki gün girovluqda qaldım...” – Razi Nurullayev

"Əzizbəyov heykəlinin yanından dönüb Parlamentə gedirəm. Məktəbin qarşısında yolun qırağında bərkimiş və çox çirkli qar topaları yığılıb. 5-6 qadın Fərhad kim...

Son sutkada koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər ver...

Birinci-vitse prezidentin köməkçisindən hərbçilərin maaşları ilə bağlı AÇIQLAMA

"Hərbçilərin maaşları ilə bağlı məsələ birbaşa dövlət rəhbərliyinin nəzarəti altındadır”. Sfera.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Respublik...

Bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

"Hazırda 26 fevral Xocalı soyqırımının anım günü qeyd edilir. Ziyarətçilərin "Ana fəryadı” abidəsi istiqamətinə hərəkətində təhlükəsizlik təmin edilməsi məqsədi...

Hikmət Hacıyev Xocalı soyqırımından yazdı

"Biz xatırlayırıq! Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik! Ədalət barışığın vacib bir hissəsidir". Sfera.az xəbər verir ki, bunu Az...

Ziya Kazımovun ailəsi Prezidentə və birinci xanıma təşəkkür etdi

Ev dustaqlığına buraxılan Vətən Müharibəsinin iştirakçısı, mayor Ziya Kazımovun həyat yoldaşı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyev...