Pekinin Baydenə olan ümidləri özünü niyə doğrultmadı?

Pekinin Baydenə olan ümidləri özünü niyə doğrultmadı?
ABŞ-ın keçmiş prezidenti Donald Trampın 4 illik hakimiyyəti dövründə Çinlə münasibətlər xeyli gərginləşdi. Pekin ümid edirdi ki, Trampın əsas rəqibi Co Bayden Ağ Evdə əyləşəndən sonra gərginlik nisbətən azalacaq və münasibətlər keçmişdə olan dövrə qayıdacaq. Ancaq münasibətlər əvvəlkitək gərgindir. Əksinə Vaşinqton Çinə qarşı yeni addımlar barədə düşünür.
 
Sfera.az bildirir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Çinlə mübarizədə yeni mərkəz təsis edib. "Qlobal çağırışlarla” mübarizə mərkəzinin əsas hədəfi Çindir:
"Çin Xarici İşlər Nazirliyi yeni mərkəzin yaradılmasını münasibətlərə daha çox zərər vuracağı ilə bağlı bəyanatla çıxış edib. Rusiya da yeni təsis olunan mərkəzə etirazını bildirib. Moskvada hesab edirlər ki, yeni mərkəz Çinlə yanaşı, Rusiyanı da hədəf götürəcək.
 
Çini Vaşinqtonla münasibətlərdə son zamanlar iki hadisənin qeydə alınması da narahat edib. Birincisi, ABŞ-ın sualtı gəmisi Çin sahillərinə yaxınlaşaraq bəlli olmayan insidentlə üzləşib. Vaşinqton bu insident barədə beynəlxalq aləmə səhih məlumat verməyib.

İkincisi, ABŞ Tayvanda hərbi fəaliyyətini genişləndirir”.
 
Politoloqun sözlərinə görə, ABŞ və Çin təmsilçiləri bu məsələlərə aydınlıq gətirmək üçün İsveçrənin Sürix şəhərində bir araya gəlsələr də müzakirələrdən nəticə çıxmayıb:
 
"Görüşdə ABŞ-ı prezidentin milli təhlükəsizlik məsələləri üzrə Ceyk Sallivan, Çini isə hakim Kommunist Partiyasının beynəlxalq məsələlər üzrə şöbə müdiri Yan Tseçi təmsil edirdilər.
 
ABŞ-Çin münasibətlərinin gərginləşməsinə baxmayaraq, tərəflər toqquşma istəmirlər, bu kimi risqləri azaltmaq barədə bəyanat verirlər. Ancaq hadisələrin inkişafı toqquşma ehtimalını getdikcə artırır. Vaşinqton Çinin artan hərbi gücünə və Tayvan adasını ələ keçirmək planlarına seyrçi qalmayacaq.
Tayvan rəhbərliyinin açıqlamalarına görə, Çin 2025-ci il üçün Tayvan adasını ələ keçirmək üçün plan hazırlayıb. Pekin bu iddiaları təkzib etməyib. Belə olan halda Amerika Tayvan adasında hərbi varlığını artırmağa qərar verib. Amerikanın nüfuzlu "The Wall Street Journal” dərgisində yayımlanan məqaləyə görə, Mərkəzi Kəşfiyyat İdarəsi Tayvana 20 təlimçi göndərib. Həmin təlimçilər Tayvan ordusunun xüsusi qruplarına intensiv təlimlər keçirirlər. Amerikanın məqsədi Tayvanın müdafiə qabiliyyyətini artırmaqdır”.
 
E. Şahinoğlu qeyd edib ki, Pekinin Vaşinqtondan tələbi budur ki, ABŞ Tayvanı silahlandırmaqdan əl çəksin:

"Elə bu tələbin özü göstərir ki, Pekinin Tayvan adasını rahatlıqla ələ keçirmək üçün planlar üzərində işləyir. Cəmi bir neçə gün ərzində Çin təyyarələri Tayvan adası üzərində 150 uçuş həyata keçiriblər. Bundan narahat olan Vaşinqton da Tayvan adasına yaxın əraziyə sualtı gəmilərini göndərib.
Beləliklə, Pekinin Baydenə olan ümidləri özünü doğrultmayıb. Başqa cür olması da çətindir. Çin öz hərbi gücünü artırdıqca, qonşu dövlətlərə qarşı əzələ nümayişi həyata keçirdikcə, o cümlədən Tayvan adasını ələ keçirmək üçün planlar hazırlayarkən, Amerikanın heç bir prezidenti Pekinlə münasibətləri normallaşdıra bilməyəcək”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...