Pedoqoji Universitet Əli Həsənovun şirkəti ilə müqavilə bağladı

Pedoqoji Universitet Əli Həsənovun şirkəti ilə müqavilə bağladı
Azərbaycan Dövlət Pedoqoji Universiteti (ADPU) bu gün 2020-ci il (?) üçün mətbuatın dövri abunə xidmətinin satınalınması ilə bağlı "Azərmətbuatyayımı” ASC ilə müqavilə bağlayıb.

Sfera.az xəbər verir ki, satınalma müqaviləsinin qiyməti 35 min 488 manat 80 qəpik olub.

Qeyd edək ki, 2007-ci ildə yaradılan "Azərmətbuatyayımı” ASC-nin nizamnamə kapitalı 345 min 304 manatdır. Şirkət Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 30 K ünvanında qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi isə Süleyman Əli oğlu Salmanovdur. 
 
Süleyman Salmanov həm də "Kaspi Mətbuat Yayımı” MMC-nin qanuni təmsilçidir. 

Hər iki şirkət Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənova məxsusdur. 

Belə ki, "Azərmətbuatyayımı” ASC-nin səhmləri 2008-ci ilin əvvəlində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən keçirilən investisiya müsabiqəsində satılıb. Müsabiqənin qalibi "Kaspi Mətbuat Yayımı” MMC olub. "Kaspi Mətbuat Yayımı” MMC həmin vaxt təqdim etdiyi İnvestisiya Proqramına və komitə ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, səhmdar cəmiyyət bir il ərzində 450 min manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürübmüş. 

Bu arada qeyd edək ki, ADPU-nun rektoru Cəfər Cəfərovun da adı Əli Həsənovla hallanıb. Rektor mediada daha çox Əli Həsənovun adamı kimi tanınıb. Təsadüfi deyil ki, Əli Həsənov işdən çıxarıldıqdan sonra onun müavinləri işləmiş Ərəstun Mehdiyev və Tahir Süleymanova Pedoqoji Universitetdə iş verilib.

Pedoqoji Universitetlə əlaqə saxlayıb 2020-ci il üçün mətbuatın dövri abunə xidmətinin satınalınması müqaviləsinin 2021-ci ilin martın 1-də niyə bağlandığının səbəblərinə aydınlıq gətirmək istədik. Universitetin mühasibatlığından Qaynarinfo-ya bildirildi ki, əslində müqavilə 2019-cu ilin dekabrın 25-də bağlanılıb. Dövlət Satınlamaları saytında müqavilə ilə bağlı məlumatın bu gün dərc olunmasının səbəbi isə texniki yanlışlıqla izah edilib. (Qaynarinfo)
 



OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...