Paytaxtda yayılan qorxulu xəstəlik - Qrip, yoxsa...

Paytaxtda yayılan qorxulu xəstəlik - Qrip, yoxsa...

Adəti üzrə payız mövsümü özü ilə bərabər bir çox xəstəliklər də gətirir. Havaların dəyişkən keçməsi nəticəsində həm böyüklər, həm də uşaqlar arasında öskürək, soyuqdəymə kimi xəstəliklərin yayılması artır. Xüsusən də son günlər güclü öskürəklə müşayiət olunan virusların da artdığı müşahidə olunmaqdadır. Bəs bu cür viruslardan özümüzü necə qoruyaq?

Sfera.az  xəbər  verir ki, mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat"a danışdı:

"Payız mövsümü başlayanda adətən soyuqdəymə halları tez-tez baş verir. Doğrudur, payızın ilk ayı çox isti keçdi, bu da öz təsirini göstərir. Belə ki, hava müəyyən saatlarda isti olur, bir qədər keçdikdən sonra isə birdən-birə hava soyuyurdu. Beləliklə, insanlar  geyim məsələsindən çaşqın qalırdılar və havaya uyğun doğru geyim seçmirdilər. Seçilən geyim gün ərzində baş verəcək müəyyən temperaturlara uyğun olmalıdır.

Digər tərəfdən, payız mövsümü başlayanda meyvə-tərəvəz azalır, immun sistemi nisbətən zəifləyir. Bu da ki, soyuqdəyməyə gətirib çıxarır. Bəziləri bunu qrip adlandırır, amma əslində tibbi adı kəskin respirator xəstəliyidir. Bu zaman boğazdakı viruslar aktivləşir və burun axması, öskürək, nəfəs yollarının qıcıqlanması, hərarətlə müşahidə olunur. Bu əlamətləri görəndə insanlar onu qrip adlandırır. Qeyd etdiyim kimi bu, qrip deyil. Adətən qrip infeksiyası olanda bütün dünya bu barədə məlumat verir".

Tanınmış həkim viruslardan qorunmağın yollarından da söz açdı:

 

"Bir nəfər xəstələndisə, artıq virus yoluxdurma qabiliyyəti yüksək olduğu üçün başqalarına da keçir, xəstələnir. Tez-tez müşahidə edirik ki, mövsümi xəstəlik kimi xeyli insan xəstələnib. Ona görə də ictimai nəqliyyatda, əhalinin çox olduğu yerlərdə, bağçada, məktəbdə maska ilə gəzmək lazımdır ki, viruslara yoluxmayaq. Bəzən maskalara komplekslə yanaşırıq. Amma maskadan istifadə etmək vacibdir. Daha bir vacib məsələ, bir az öncə qeyd etdiyim kimi, geyimlərdir. Ayaqqabı, bədənin ümumi və alt geyiminə mütləq diqqət etmək lazımdır. Bu mövsümdə hava kəskin dəyişə bilir. Məlum olduğu kimi paytaxt Bakı küləkli şəhərdir. Bu məsələni də unutmaq olmaz. Qidalanmaya da diqqət etmək lazımdır. Yaxşı olardı ki, immuniteti zəif olanlar vitamin həblər qəbul etsin. Bronxial asması, ürək xəstəlikləri olan xəstələr vaxtaşırı həkimə müraciət etməli, xəstəliklərini nəzarətdə saxlamalıdırlar.

Həmçinin  bu mövsümdə mədə-bağırsaq xəstəlikləri kəskinləşir. Bununla bağlı vaxtında tədbirlər görmək lazımdır. Hər halda fəsil dəyişəndə buna hazır olmalıyıq".

OXŞAR XƏBƏRLƏR

Koronavirusla bağlı dünyanı sevindirən xəbər – “COVİD-19” öz-özünə yoxa çıxacaq

Sfera.az-ın məlumatına görə, dünyanın koronavirusun ikinci dalğasına hazırlaşdığı bir dövrdə italiyalı həkim, mütəxəssis dünyanı rahatlaşdıran belə proqnozla çı...

Aspirin koronavirusdan qoruyurmu?- Məşhur kardioloq qandurulaşdırıcılardan danışdı

"Yeni növ koronovirusa yoluxduqda ağciyərlə birlikdə bütün orqanlar zərər görə bilir”. Sfera.az xəbər verir ki, bunu e-tibb.az-a Respublika Müalicə-Diaqno...

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için…

"Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün ...

Xərçəngin düşməni - Qocalmağı gecikdirən meyvələr

 Gündəlik meyvə istifadəsi sağlamlığımız üzün əvəzsizdir. Mütəxəssislər kişilərə gündə 3, qadınlara isə 2 porsiya meyvə yeməyi məsləhət görürlər. Sfe...

Ürək xəstəliklərinin DƏRMANI: Gündə bir stəkan...

 Orqanizm üçün faydalı meyvələrdən biri də greypfrutdur. Sfera.az xəbər verir ki, araşdırma nəticəsində gündə bir stəkan greypfrut suyunun ürək xəstə...

Xərçəng əleyhinə təsir göstərən TƏRƏVƏZ: Özü kimi yarpaqları da...

 Yarpaqları da özü kimi faydalı olan tərəvəzlərdən biri də turpdur. Sfera.az xəbər verir ki, turp və yarpaqları C vitamini ilə zəngindir. Qocalma ilə...