Payızda hibrid yoluxmalar artacaq - İnfeksionist “həm qrip, həm koronavirus” təhlükəsindən danışdı
Gündəm
11:55 / 14.09.2021
1209
Payız fəslinin yaxınlaşması ilə mövsümi infeksion xəstəliklərinin
yayılmasının koronavirusa yoluxma statistikasında sıçrayışa səbəb olacağı ilə
bağlı iddialar səsləndirilir. Eyni zamanda bu halda xəstəliyin daha ağır keçməsi
iddia olunur.
Maraqlıdır, bütün bu iddia və narahatlıqlar reallığa
əsaslanırmı?
Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist
Nicat Əzimli koronavirusun da digər mövsümi xəstəliklər kimi geniş şəkildə yayıla
biləcəyini deyib:
"Vaksin koronavirusa qarşı spesifik immunitet
yaradır, amma bu immunitet digər infeksion xəstəliklərə qarşı yaranmır. Qarşıdan
payız fəsli gəlir, bu səbəbdən mövsümi infeksion xəstəliklərin artacağı təbiidir.
Hazırda bütün dünya üzrə proqnozlar belədir ki, COVID-19 da özünü digər mövsümü
infeksion xəstəliklər kimi aparacaq və yoluxmada artım olacaq".
İnfeksionist həm qrip, həm də koronavirusa yoluxmuş
şəxsin vəziyyətinin ağır ola biləcəyini diqqətə çatdırıb:
Əzizə Zeynal
Sfera.az