Paşinyanın səfirlərlə qapalı və müəmmalı iclası: NƏ BAŞ VERİR?

Paşinyanın səfirlərlə qapalı və müəmmalı iclası: NƏ BAŞ VERİR?
 

"Qapalı toplantıda Ermənistanın beynəlxalq siyasətdə hazırda üzləşdiyi problem və uğursuzluqların müzakirə ediləcəyi istisna deyil”.


Sfera.az-a açıqlamasında bu sözləri Ermənistan baş naziri Nikol Paşinyanın dünyadakıerməni səfirlərini qapalı iclasa çağırması səbəblərinə toxunarkən politoloq Nəzakət Məmmədova deyib.


Politoloq bildirdi ki, İrəvan beynəlxalq arenada istədiyini tam ala bilməyib: "Çox güman ki, baş nazir Paşinyan müəyyən dövlətlərdə Ermənistanın vəziyyəti, beynəlxalq təşkilatlarda işğalçı ölkənin durumu ilə bağlı bəzi məlumatlar əldə edib və ona əsasən də erməni səfirlərini, diplomatlarıtoplayaraq qapalı içlas keçirir. Bu iclasda gizli məsələlərin müzakirə edilməsi ehtimalı böyükdür. Ona görə də məhz qapalı keçirirlər. Səfirlərin qapalı iclasının keçirilməsi daha çox iki məsələ ilə bağlı ola bilər. Qapalı toplantıda Ermənistanın beynəlxalq siyasətdə hazırda üzləşdiyi problem və uğursuzluqların müzakirə ediləcəyi istisna deyil. Belə ki, İrəvan beynəlxalq arenada istədiyini tam ala bilməyib. Paşinyan dünyadan ciddi dəstək gözləyirdi, amma bu baş vermədi. Bu arada Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Həmin təşkilatın rəhbərliyində olan şəxs Azərbaycana gələrək ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib. Yəni, son zamanlar beynəlxalq təşkilatların Azərbaycana dəstəyi artıb”.


N. Məmmədovanın fikrincə, erməni diplomatların qapalı iclasında Rusiya, İran və ümumiyyətlə bölgədəki vəziyyətlə bağlı məsələlərin müzakirəsi də baş verə bilər: "Erməni lobbisi çalışır ki, ABŞ-ın Azərbaycana silah satması məsələsini ermənipərəst konqresmenlər vasitəsilə boykot etsin.Ümumiyyətlə, bölgə və dünyadakı vəziyyət və onun Ermənistana təsirləri, qonşu ölkələrlə münasibət, beynəlxalq təsisatlar tərəfindən İrəvanın işğalçı ölkə kimi tanınması, Azərbaycanın suverenliyi kimi məsələlər erməniləri narahat edir. Digər tərəfdən, Rusiya da qaz və digər məsələlərlə bağlı İrəvana təzyiq edir. 2020-ci ildə işğal edilmiş Dağlıq Qarabağda "prezident” seçkiləri keçiriləcək. Bu istiqamətdə Rusiyadan ola biləcək təzyiqlərin neytrallaşdırılması da diplomatik korpusun iclasında müzakirə edilə bilər. Paşinyan çalışır ki, bu istiqamətdə digər böyük dövlətlərin dəstəyini alsın”.

 

Həmsöhbətimiz onu da vurğuladı ki, sözügedən qapalı iclas həm də Paşinyan hakimiyyətinin panika içində olmasının nəticəsidir: "Ermənistanın xarici siyasəti uğurlu sayılsaydı, səfirlərin görüşü də açıq keçirilərdi. Deməli, uğursuz olduğundandır ki, həmin tədbiri qapalı keçirirlər. Adətən səfirlərin iştirakı ilə keçirilən qapalı iclaslardahansısa bir təhdid və təhlükələr müzakirə olunur. Yəni ortalıqda problem var ki, düşmən ölkə səfirləri təcili toplanıb vəziyyətdən çıxış yolu axtarır. Bu da Ermənistan hakimiyyətinin qorxuya, panikaya düşməsinin nəticəsidir”.


Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin xarici dövlətlərdəki səfirlərini qapalı iclasa çağırıb. Həmin tədbirdə səfirlərlə yanaşı, Ermənistan müdafiə nazirinin də iştirak edəcəyi bildirilir.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...