Paşinyan Xankəndinə gəlir, geniş nitq söyləyəcək

Paşinyan Xankəndinə gəlir, geniş nitq söyləyəcək
 

Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsindən elan edib ki, Dağlıq Qarabağa gəlir və Xankəndinin mərkəzi meydanında geniş nitq söyləyəcək.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın işğal altındakı Azərbaycan ərazilərinə növbəti qanunsuz səfəri avqustun 5-də başlayacaq "ümumerməni Oyunları”nın açılış mərasimi ilə bağlıdır.

"Mən əlbətdə ki, həmin mərasimdə iştirak edəcəm. Həmin günlərdə Stepanakertdə (Xankəndi) Diasporun, Ermənistanın və Dağlıq Qarabağın nümayəndələri toplanacaq. Dirçəliş meydanında toplaşmaq və bizim indiki ümummilli məsələlər haqda danışmaq üçün yaxşı fürsətdir”,-Paşinyan bildirib.

O əlavə edib ki, meydanda "əhatəli nitqlə” çıxış edəcək və Dağlıq Qarabağ sakinlərini meydanda görmək istərdi.

Xatırladaq ki, Paşinyanla Dağlıq Qarabağdakı qondarma rejim arasında son vaxtlar ciddi ixtilaf yaşanır. Məlumatlara görə Paşinyan gələn il Qarabağda keçiriləcək "seçkilərdə” öz namizədini irəli sürmək niyyətindədir.


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...