No Image
No Image

Paşinyan televiziyadan bəyan etdi: “Biz o torpaqlardan çıxmalıyıq, yoxsa…”

Paşinyan televiziyadan bəyan etdi: “Biz o torpaqlardan çıxmalıyıq, yoxsa…”
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan istiqamətində Sovet Ermənistanının sərhədlərinə çəkilib.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan İctimai Televiziyaya verdiyi müsahibəsində danışıb.

O bildirib ki, bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonası ilə erməni qoşunlarının nəzarəti altındakı zona üst-üstə düşəcək və KTMT qüvvələri artıq harada reaksiya göstərə biləcəyini, haqqının olmadığı yerləri müəyyənləşdirəcək.

N.Paşinyan cəmiyyətdə iddia olunanların əksinə, azərbaycanlıların Ermənistan ərazisinə girmədiklərini, Sünik bölgəsinin heç bir ərazisinin "işğal” olunmadığını sözlərinə əlavə edib.

O, erməni qoşunlarının Qarabağın Kəlbəcər, Zəngilan və Qubadlı (44 günlük müharibədən sonra Azərbaycana məxsus rayonlar ermənilər tərəfinən artıq özlərinin uydurma adları ilə deyil, tarixi adlarla qeyd olunur – red.) rayonlarının kiçik bir hissəsini əllərində saxladıqlarını qeyd edib. "Lakin bu ərazilər saxlanılmağa davam edərsə, Ermənistanın qanuni olaraq xarici ərazini işğal etdiyi ortaya çıxa bilər və müharibə Ermənistanın öz ərazisində gedə bilər”, – deyə Paşinyan əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 44 günlük "Dəmir yumruq” əməliyyatı ərzində işğalda olan Azərbaycan ərazilərinin tamamilə erməni separatçılarından təmizləndiyini və orada heç bir erməni hərbi ünsürün olmadığını dəfələrlə bəyan edib. Görünür, Nikol Paşinyan hakimiyyətdə qalmaq üçün hələ də ictimaiyyətini aldatmaq metodundan yapışıb.///oxu24.com
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Hər şey Vüqar Səfərlinin verəcəyi ifadələrdən asılıdır” – Əli Həsənov həbs olunur?

"Dövlətin mətbuata ayırdığı vəsaiti demək olar ki, qanunsuzluqla öz aralarında bölüşdürüblər. Evləri bölüşdürüblər”. Bu sözləri Sfera.az-a açıqlamasınd...

Paşinyanın "ölü doğulan" arzusu - "Bu Ermənistanda ciddi fəlakətə gətirib çıxaracaq"

Moskva görüşündə Ermənistan baş naziri Nikol Paşinyan Minsk qrupu  həmsədrlərinin vasitəçiliyilə danışıqlarda iştirak etmək istəyini ortaya atıb.  ...

Moskva görüşündə Azərbaycan nə əldə etdi? - Azalan asılılıq, yeni qapı və güclənən bağ...

"Moskva görüşündə əsas məsələ regionda kommunikasiyaların açılması oldu və hər bir tərəfin bu məsələdə öz maraqları var".   Sfera.az xəbər verir ki, bu b...

Həsən Həsənov səfir vəzifəsindən geri çağırıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Həsən Həsənovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında ...

ABŞ-da administrasiya dəyişikliyi Bakı üçün nə vəd edir? - RƏY

"Cənubi Qafqazın yaxın gələcəkdə yeni Amerika administrasiyasının diqqət mərkəzində olacağını qətiyyətlə söyləmək olmaz. ABŞ-da administrasiya dəyişikliyi rəsmi...

Hulusi Akar ilin son gününü niyə Bakıda keçirdi? - Rusiya və Ermənistana MESAJ

"Türkiyənin müdafiə naziri Hulusi Akarın ilin sonuncu gününü Azərbaycanda keçirməsinin xüsusi əhəmiyyəti var". Sfera.az xəbər verir ki, bunu Atlas Ara...