Paşinyana qarşı sui-qəsdə cəhdlə bağlı iddia yayıldı

Dünya
17:04 / 22.02.2021
3391
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsdə cəhd edilməsi haqqında iddialar yayılıb.
Sfera.az bildirir ki, bu barədə iddia sosial media fəalı olduğu deyilən Anna Baghdasaryan adlı bir internet istifadəçisinə istinadən verilib.
Ancaq həmin şəxsin erməni və ya ingilis dilində bununla bağlı hamıya açıq paylaşımı yoxdur.
Həmçinin, bu barədə yerli Ermənistan mətbuatı və beynəlxalq media qurumları da məlumat yaymayıb.
Ermənistan hökümətinin rəsmi internet səhifəsində, eləcə də Ermənistan baş nazirinin rəsmi internet səhifəsində mövzu ilə bağlı açıqlama yerləşdirilməyib.
22 fevral tarixində rəsmi internet səhifəsində nazirin bir iclasına dair rəsmi açıqlama və Paşinyanın da göründüyü iclas fotoları mövcud olduğu üçün iddiaların reallığı əks etdirmədiyi anlaşılıb.