Paşinyan referenduma niyə gedir? – “Öz dayaqlarını yoxlamaq qərarına gəlib”

Paşinyan referenduma niyə gedir? – “Öz dayaqlarını yoxlamaq qərarına gəlib”
"Paşinyanın bu güzəşti prezident Armen Sarkisyanı razı salacaq, keçmiş prezident Serj Sarkisyanın isə  planlarını pozacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın prezidentin səlahiyyətlərini artırmağı nəzərdə tutan referenduma getməsi və növbədənkənar parlament seçkisinə hazır olduğunu bəyan etməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib: 
 
"Paşinyan növbədənkənar seçkilərə getmək və referendum keçirməyi təklif etməklə göstərdi ki, öz səlahiyyətlərinin yarısını prezidentə verməyə hazırdır. Bununla bağlı da referendum keçirilməsini təklif edib”.

Həmsöhbətimizin fikrincə, referendum nəticəsində əhali yarımprezidentlik institutuna keçidə səs versə, yaranmış vəziyyət ölkədə icra hakimiyyəti,  bütövlükdə siyasi sistemin yenidən qurulmasına  mühüm töhfə verə bilər.
 
Digər tərəfdən Q. Hüseynli düşünür ki, bu addım keçmiş prezident Serj Sarkisyanın hiyləgərliklə qurduğu oyunu pozacaq, hazırkı prezidentinin mövqeyini dəyişəcək:
 
"İndiki prezident Armen  Sarkisyan da hakimiyyət hərisidir. Görünür, baş nazirin Sarkisyana belə bir güzəşti onu da razı salacaq.  Çünki, o da ölkədə suyu bulandlıran "Qarabağ klanı” kimilərinin cərgəsinə qoşulmaqla özünün imicinə zərbə vurmuşdu.  Hələlik gələcəyə yönəlik dəqiq nəsə demək çətindir.  Amma o aydındır ki,  Paşinyan referendum məsələsilə həm də ölkədə siyasi dayaqlarını yoxlamaq, əhalinin özünə və mövcud siyasi sistemə münasibətini öyrənmək istəyir. Bu hərəkətilə Paşinyan düzgün addım atıb. Şahmat dililə desək, ağıllı gediş edib. Hər halda bu jest süni surətdə qızışdırılan ehtirasların müəyyən dərəcədə səngiməsinə kömək edə bilər”.

Elçin
Sfera.az
 
 
 
.
 
 

OXŞAR XƏBƏRLƏR