No Image
No Image

Paşinyan martın 9-u və ya 10-u istefa verə bilər

Paşinyan martın 9-u və ya 10-u istefa verə bilər
Sfera.az bildirir ki, Ermənistanın "Past.am” gündəlik qəzetinin yazdığına görə, Nikol Paşinyan martın 9-u və ya 10-u vəzifəsindən istefa verə bilər.

"Ermənistanda daxili siyasi hadisələrin mərkəzində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan və digər yüksək rütbəli zabitlərin Nikol Paşinyanı istefaya çağırdığı bəyanat durur. Nikol Paşinyan 9 və ya 10 mart tarixlərində hərbi dairələrlə birlikdə keçirdiyi görüşlərdə istefa verəcəyinə söz verib, bundan sonra növbədənkənar seçkilər keçiriləcək.

Paşinyan may ayında erkən seçkilərin baş tutacağına əminliyini bildirib. Lakin nə generallar, nə də siyasi dairələr, yumşaq desək, ona inanmırlar. Digər tərəfdən, seçkilərin keçiriləcəyi təqdirdə, görünməmiş miqdarda inzibati resurslardan istifadə ediləcəyi və seçki nəticələrinin saxtalaşdırılacağı düşünülür”, – deyə qəzetin məqaləsində qeyd edilib.
 
(qazet.az)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Paşinyanın istefa verəcəyi tarix AÇIQLANDI

Ermənistanın hakim komandası növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı son günlər ciddi addımlar atmağa hazırlaşır. Sfera.az xəbər verir ...

Navalnı hara yoxa çıxıb? - Kreml onun yerini bilmədiyini deyir

"Prezident administrasiyası bu cür məlumatlara sahib olan qurum deyil". Sfera.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Navalnını...

Erməni əsgərləri çıxılmaz vəziyyətdə: "Artıq Qafan verildi..."

Ermənistanın Qafan şəhərində polis erməni hərbi qulluqçuları ilə bağlı yayımlanan videonu araşdırmağa başlayıb. Sfera.az xəbər verir ki, bu barədə Ermənis...

ÜST - ün istifadə üçün tövsiyə etdiyi vaksinin adı AÇIQLANDI

""AstraZeneca” peyvəndinin faydaları vaksin haqqında olan neqativ məlumatları üstələyir, istifadənin davam edilməsi tövsiyə olunur”. Sfera.az xəbər verir ...

Uşaqlar arasında kütləvi xəstələnmə - valideynlər təşvişdə

Koronavirus infeksiyası yenə təhlükəli həddə doğru irəliləyir. Dünyada COVİD 19-a yoluxma halları artmaqda davam edir. Avropada yayılan yeni koronavirus ştammla...

Paşinyan martın 9-u və ya 10-u istefa verə bilər

Sfera.az bildirir ki, Ermənistanın "Past.am” gündəlik qəzetinin yazdığına görə, Nikol Paşinyan martın 9-u və ya 10-u vəzifəsindən istefa verə bilər. "Ermə...