Paşa Bank müştərilərinə Qumar Oyunları ilə bağlı müraciət etdi

Paşa  Bank müştərilərinə Qumar Oyunları ilə bağlı müraciət etdi
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı ilə, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulub.

Bu səbəbdən 01.01.2022-ci il tarixindən etibarən Azərbaycan Respublikası ərazisində və ölkə hüdudlarından kənarda aşağıda göstərilən MCC (Təsərrüfat Subyektinin Kateqoriya Kodu) kodlar və monitorinq zamanı qumar oyunu olduğu müəyyən edilən təsərrüfat subyektlərində əməliyyatların icrası  bloklaşdırılıb.

Qeyd edilən məhdudiyyətlər həm fiziki iştirakla əlaqədar əməliyyatlara, həmçinin onlayn formada aparılan əməliyyatlara şamil edilməkdədir.
Bildirmək istərdik ki, ölkədaxili əməliyyatlarda müvafiq lisenziyaya/icazəyə malik olan təşkilatlar üzrə müvafiq ödənişlərin həyata keçirilməsi icazə veriləcəkdir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə buradan ətraflı tanış ola bilərsiniz: //www.e-qanun.az/framework/48846.
Müvafiq ödənişləri icra etmədən öncə qeyd olunmuş məlumatı nəzərə almağınız xahiş olunur.
 
Mərc və lotereya üzrə ilkin qaydada məhdudiyyətlərin tətbiq edildiyi MCC (TSKK) kodlar:

7800- Hökumət lotereyaları (yalnız ABŞ)

7801-İnternet üzərindən qumar oyunları (yalnız ABŞ)

7802 - At/Tazı yarışları (yalnız ABŞ)

7995 - Qumar/Kazino

9406 - Hökumət lotereyaları (ABŞ-dan başqa)

9754 - At/Tazı yarışları (yalnız ABŞ)

OXŞAR XƏBƏRLƏR