“Papa Johns Pizza”nın qarşısında ÖLÜM
17:45 / 18.02.2020
8097
Bakıda naməlum kişi meyiti tapılıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Rayonun Mirzəağa Əliyev, 139 ünvanında yerləşən "Papa Johns Pizza” restoranının qarşısında kimliyi məlum olmayan, təxminən 55-60 yaşlarında kişi meyiti tapılıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.