Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq üçün nə etməli? - Deputatdan TƏKLİF

Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq üçün nə etməli? - Deputatdan TƏKLİF
Pandemiya təsirləri fonunda qeyri-neft sektoruna sərmayə qoyluşlarının azalması gözlənilən idi.
 
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan hökumətinin 2020-ci il üçün fəaliyyət hesabatı ilə bağlı danışarkən deyib. O bildirib ki, bir sıra ölkələr bu dövrdə daxili maliyyə mənbələrinə üstünlük veriblər:
 
"Bununla yanaşı, əsas kapitala yönəldilmiş vəsaitlərin maliyyə mənbələri üzrə strukturda bank kreditlərinin payı cəmi 6.2 faiz olub. Bu isə ondan xəbər verir ki, hələ də kommersiya bankları sərmayə qoyluşlarında xüsusi paya malik ola bilmirlər.
 
Həmçinin ixrac bazaranın şaxələndirilməsi ilə bağlı aparılan tədbirlərə baxmayaraq, hələ də qeyri-neft ixracatında yeni bazarların payı azdır. Belə ki, ötən il ümumi qeyri neft ixracatının 60 faizinə yaxını 2 ölkənin payına düşüb. Bu isə xarici şokların aktiv olduğu dövrdə qeyri-neft ixracatında dayanıqlığı azaldır”.
 
Deputat qeyd edib ki, pandemiya səbəbindən büdcə xərcləmələrində icra ilə proqnoz arasında fərqin olması gözlənilən idi:
 
"Bu baxımdan da ötən il proqnozlaşdırılan xərclərin 3.9 faizi xərclənməyib. Xüsusən bu dövrdə nəzərdə tutulan kütləvi tədbirlərin keçirilməməsi və ya onlayn təşkil edilməsi bu xərcləmələrə təsir göstərib. Bununla yanaşı, bir sıra, o cümlədən təhsil xərclərinin 6.7 faiz xərclənməməsi müzakirə oluna biləcək məsələlərdəndir. Bu istiqamətlər xərclərin struktrunun dəyişdirilməsi və həmin sektorların fiskal baxımdan daha çox dəstəklənməsi məqsədə uyğun olardı.
 
Digər tərəfdən Dövlət Neft Fondunun vəsaitlərinin idarəedilməsindən ötən il 1 milyard 164 milyon dollar vəsait daxil olub. Manat ifadəsində  fondun bu istiqamət üzrə daxil olmaları əvvəlki il ilə müqayisədə 390 milyon manat artsa da, dollar ifadəsində 45 faiz və ya 968 milyon dollar azalıb. Pandemiya dövründə bir sıra beynəlxalq bazarlarda volatillik yüksək olsa da, bu suveren fondların daha çevik investisiya siyasəti həyata keçirməsinə daha da aktuallaşdırıb”.
 
Millət vəkilinin sözlərinə görə, 2020-ci ildə maliyyə sektorundakı aktivlərin cəmi 0.1 faizi investisiya şirkətlərinin payına düşüb:
 
"Bu isə ondan xəbər verir ki, hələ də investisiya şirkətləri maliyyə sektorunda təsirli steykholderlərdən hesab olunmur. Dövriyyədə olan ödəniş kartlarının sayının ötən il əvvəlki il ilə müqayisədə 7.5 milyon əddədən 9.6 milyon ədədə yüksəlməsinə baxmayaraq hələ də ödənişlər əsasən nağdlı formada aparılır.
 
2020-ci ildə qeydiyyatsız evlərin inventarlaşdırlması ilə bağlı işlər sürətlənsə də, hələ də o tikililərin sənədləşdirilməsi məsələsi həll olunmayıb. Bu isə həmin evlərin aktiv olaraq döviyyəyə cəlb edilməsi, o evlər üzrə büdcə daxilolmalarına təsir göstərir”.
 
Günay Rəsulqızı
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR