\"Palmali\"dən növbəti manipulyasiya, yoxsa sərfəli \"susqunluq\"?

\
Son günlər sosial şəbəkələrdə "Palmali" Şirkətlər Qrupunun prezidenti, hazırda həbsdə olan Mübariz Mənsimovun koronavirus pandemiyasından zərər çəkmiş 500 min Azərbaycan vətəndaşına yardım edəcəyi haqda məlumatlar dolaşır.
 
Sfera.az-ın verdiyi xəbərə görə, qeyri-rəsmi kanallardan yayılan bu məlumatlar günlər keçməsinə baxmayaraq, "Palmali" Şirkətlər Qrupu tərəfindən nə təsdiq, nə də təkzib edilir.
 
Məlumdur ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da tətbiq olunan karantin rejimi bir çox aztəminatlı ailələrin maddi durumuna mənfi təsir edib. Azərbaycan dövləti, rəsmi qurumlar, özəl şirkətlər və ayrı-ayrı ictimai fəallar aktiv şəkildə kampaniyalar həyata keçirərək, on minlərlə ailəyə dəstək olur, bu çətin günlərdə insanlara yardım etməyə çalışırlar.  
 
Əlbəttə, Mübariz Mənsimovun da belə bir qərar verməsi müsbət hal olardı. Amma Mənsimovun şirkətindən yayılan mövzuya susqun münasibət, məlumata heç bir reaksiya verilməməsi bir tərəfə qalsın, yaranan digər suallar da cavabsız qalır. Sosial şəbəkələrdə məlum paylaşımları görən aztəminatlı insanlar istər-istəməz sual verir: bu yardımlar harda, necə və hansı formada ediləcək? Ümimiyyətlə, hazırda həbsdə olan, külli miqdarda kredit borcu olan, çoxsaylı məhkəmə cərimələri ilə üz-üzə qalan Mənsimov bu gün doğrudanmı 500 min insana yardım etmək iqtidarındadır?
 
Bu kimi suallara cavab almaq üçün "Palmali" Şirkətlər Qrupunun rəsmi təmsilçisi Fidan Quliyevanın Whatsapp nömrəsinə göndərdiyimiz suallar təəssüf ki cavabsız buraxıldı. Mövzunun həssaslığını düşünəndə, "Palmali" təmsilçisinin susqunluğunu anlamaq olmur və əlavə suallar yaradır. Mövzunu araşdırmaq üçün, "Palmali"yə yaxınlığı ilə seçilən və son zamanlar Mənsimovun müdafiəsi istiqamətində fəallıq göstərən, Türkiyədə fəaliyyət göstərən "SHA" xəbər agentliyinin rəhbəri Sahil İmanovla əlaqə saxladıq. S.İmanov da öz növbəsində yayılan bu paylaşımlardan xəbərdar olduğunu, amma bu barədə nə Mənsimovun ailəsi, nə vəkilləri, nə də "Palmali" şirkəti tərəfindən heç bir rəsmi açıqlama olmadığını bildirdi: "Xəbəri nə təsdiq, nə də təkzib edirik".
 
"Palmali" rəsmilərinin susqunluğu və S.İmanovun da qeyri-müəyyən cavabı ortada minlərlə insanın hazırkı həssas durumu üzərindən manipulyasiya izi axtarmağa əsas verir. Əks halda, şirkət mövzunun həssalığnı nəzərə alıb, ortaya konkret münasibət qoyardı.



OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...