Ozobiç Azərbaycan millisində - FIFA oynamasına icazə verdi

Ozobiç Azərbaycan millisində - FIFA oynamasına icazə verdi

Hazırda "Qarabağ"ın formasını geyinən Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FIFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb.

Sfera.az xəbər verir ki, bununla bağlı bu gün FIFA-dan AFFA-ya müvafiq məktub daxil olub.

Xatırladaq ki, Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FIFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.


OXŞAR XƏBƏRLƏR