\"Çoxlarının xəyal belə etməyə qorxduğunu İlham Əliyev reallığa çevirdi”

\
""Şuşa Bəyannaməsi” ilə  Azərbaycanın maraq və mənafelərini, ərazi bütövlüyünü, suverenliyini hədəfə alan istənilən güc Türkiyə üçün, Türkiyəni hədəfə alan istənilən akt isə Azərbaycan üçün rəsmən təhdid kimi qəbul ediləcək”.
 
Sfera.az bildirir ki, bunu deputat Bəhruz Məhərrəmov deyib. O bildirib ki, bəyanat Azərbaycan dövlətçilik tarixində Türkiyə ilə münasibətlərin ən ali səviyyəsi deməkdir: 

"Bir sözlə, çoxlarının xəyal belə etməyə qorxduğunu prezident İlham Əliyev reallığa çevirdi”.

Millət vəkili Vüqar Bayramov deyib ki, iki ölkə arasında imzalanan sənəd  strateji əməkdaşlığı dərinləşdirməklə yanaşı, iqtisadi münasibətlərin də genişlənməsinə imkan yaradacaq:

"Bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır. Bu ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birilərinə qarşılıqlı dəstək olacağı anlamına gəlir. Ticari şaxələnmənin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını nəzərə alsaq, bu sahədə əməkdaşlıq iqtisadi inkişafın dayanıqlığı baxımından da vacib hesab olunur. 

Digər mühüm məqam malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsidir. Bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib. Saziş 15 mal qrupunu əhatə edir. Bu saziş nəticəsində iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Bu o deməkdir ki, artıq bu sahədə real addımlar atılmaqdadır. Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq yeni imkanlar yaradacaq”.

Deputat Ceyhun Məmmədov isə bildirib ki, həm Azərbaycan, həm də Türkiyə Naxçıvan dəhlizinə xüsusi önəm verir:

"Rusiyanın da bu layihənin həyata keçirilməsində xüsusi marağı var. Bu layihənin həyata keçirilməsi bötövlükdə regionda təhlükəsizliyin təmin olunmasına, sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfələr verəcək. Həmçinin Azərbaycanı loqistika mərkəzinə çevirmək üçün yeni imkanlar yaradacaq. Artıq proses sürətlə gedir və bu layihələrin qarşısını heç kim ala bilməz. Bunu Ermənistan tərəfi də ciddi nəzərə almalıdır. 
Türkiyə Prezidentinin Şuşa şəhərinə səfəri, Şuşa bəyannaməsinin imzalanması, hər iki ölkə liderinin verdiyi bəyanatlar isə  iki dost və qardaş ölkə arasında əlaqələrin inkişafına öz ciddi töhfəsini verəcək. Qarşılıqlı əlaqələr bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...