“Çox mühüm, gələcək vəd edən layihəyə başlayırıq\" - Türkmənistan Prezidenti Xəzərdəki “Dostluq” yatağından danışdı

“Çox mühüm, gələcək vəd edən layihəyə başlayırıq\
"Azərbaycan ilə Türkmənistan hökumətləri arasında Xəzərdəki "Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlədilməsi və istismarına dair Anlaşma Memorandumunun imzalanması uzun illərdir davam edən böyük işlərin bəhrəsidir".

Sfera.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında keçirilən görüşdə bildirib.

"Çox mühüm, gələcək vəd edən layihəyə başlayırıq. "Dostluq” yatağında Türkmənistan ilə Azərbaycanın birgə fəaliyyəti, şübhəsiz ki, uğurlu və səmərəli olacaq. Bu tarixi sənədə verdiyiniz dəstəyə, xalqlarımız və dövlətlərimiz arasındakı dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrinin daha da inkişafına şəxsi töhfələrinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Bu sənəd enerji sahəsində əməkdaşlıq və qarşılıqlı anlaşmamızın güclənməsinə, iki böyük enerji dövlətinin potensialının üzə çıxmasına, Xəzər regionunda dayanıqlı energetikanın, geniş və qarşılıqlı faydalı beynəlxalq tərəfdaşlığın inkişafı üçün əlverişli zəminin yaradılmasına yönəlib”, - deyən Türkmənistan lideri bir çox sahələrdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu da qeyd edib.

Qoşulmama Hərəkatında Azərbaycanın uğurlu sədrliyinə diqqət çəkən Q.Berdiməhəmmədov bunu ölkənin yüksək nüfuzunun təsdiqi olaraq dəyərləndirib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...