Otaq istiliyində təsirini itirməyən vaksin hazırlandı – Siçanlar üzərində sınaqlar başladı

Otaq istiliyində təsirini itirməyən vaksin hazırlandı – Siçanlar üzərində sınaqlar başladı
ABŞ-ın Kaliforniya əyalətindəki San Diego Universitetinin alimləri otaq istiliyində təsirini itirməyən, istiyə davamlı yeni növ koronavirus peyvəndi hazırlayıblar.

Sfera.az xəbər verir ki, sözügedən peyvənd bitki və bakteriyalardan hazırlanıb. ABŞ alimləri peyvəndi soyuq tempraturda saxlamağın gərəkli olmadığını bildiriblər.
 
Araşdırma nəticəsində peyvəndin siçanlarda yüksək səviyyədə COVID-19 əleyhinə antikor istehsalına səbəb olduğu qeyd olunub.
 
Bu peyvəndlərin təhlükəsizliyi və effektiv təsiri sübuta yetirilərsə, ucqar bölgələrdə və maddi cəhətdən yoxsul ölkələrdə tətbiqi nəzərdə tutulub.
 
Əzizə Zeynal
Sfera.az
 
 
 

OXŞAR XƏBƏRLƏR