“Ordunu korrupsiyada ittiham etmək düşmən dəyirmanına su tökməkdir” - Deputat

“Ordunu korrupsiyada ittiham etmək düşmən dəyirmanına su tökməkdir” - Deputat
 "Ordu şaquli sabitlik əsasında idarə olunan vahid qurumdur. Ona görə də indiki vəziyyətdə ordu haqqında xoşagəlməyən ifadələr işlətmək, ordumuzda korrupsiya hallarının olmasını dilə gətirmək milli təhlükəsizliyimizin, milli maraqlarımızın əleyhinədir. Belə davranış düşmən dəyirmanına su tökməkdir”.

Sfera.az xəbər verir ki, bunu hit.az-a ordu haqqında sosial şəbəkələrdə yayılan korrupsiya ittihamlarına münasibət bildirərkən Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

 
O, Azərbaycan Ordusunun ölkənin milli təhlükəsizliyini təmin edən əsas qurum olduğunu və hər kəsin bunu nəzərə almasının vacibliyini bildirib:

"Azərbaycan Ordusu dedikdə hər bir Azərbaycan vətəndaşının övladının xidmət keçdiyi təhsisat başa düşülməlidir. Ona görə də orduya yanaşmada baş verənləri düzgün qiymətləndirməliyik, orduya ictimai münasibəti düzgün əsaslarda formalaşdırmalıyıq. Unutmaq olmaz ki, müharibə vəziyyətində yaşayırıq və bu gün ordu dediyimiz bu qurumda olan Azərbaycan vətəndaşları - əsgərlərimiz sabah Azərbaycanın ərazi bütövlüyü üçün canını verməyə hazırdırlar. Ona görə də məsələlərin sosial şəbəkələrdə bu formada ictimaiyyətə təqdim olunması qətiyyən doğru deyil. 
Ötən illərdə ordumuzun həm texniki təchizatının yaxşılaşdırılması, həm şəxsi heyətin sosial problemlərinin həll olunması – onların evlərlə təmini yüksək səviyyədə təşkil olunub. Ayrı-ayrı regionlarımızda yeni və müasir hərbi hissələr tikilir, əsgərlərin xidmət keçməsi üçün şərait yaradılır. Bunlara qida, uniforma, tibbi təchizatının yüksək səviyyədə olması aiddir. Ona görə də Azərbaycan Ordusu nümunəvi ordudur. Bu baxımdan istər informasiya resursları olsun, istər ayrı-ayrı şəxslər olsun, ordumuz haqqında danışanda iki qat həssas olmalıdırlar. Onlar mütləq obyektiv fikirlər səsləndirməlidirlər. Çünki bu məsələ bizim birbaşa təhlükəsizliyimizlə bağlıdır”.

Komitə sədrinin müavini bildirib ki, korrupsiya ümumi bir bəladır və bütün dünyada belə hallara rast gəlinir. Ancaq Azərbaycan Prezidentinin qətiyyətli siyasəti nəticəsində korrupsiyaya qarşı güclü mübarizə aparılır: "Əminəm ki, bu qətiyyət korrupsiya ilə mübarizədə böyük uğurlar əldə etməyimizə gətirib çıxaracaq. Amma şübhəsiz ki, korrupsiyaya qarşı mübarizədə ictimai dəstəyin, ictimai nəzarətin çox böyük rolu var. Hazırki mərhələdə Azərbaycan vətəndaşları da bunu edirlər. Başqa hər hansısa strukturda korrupsiya olacaqsa, hamı əmin olsun ki, hər şeydən əvvəl bununla bağlı müvafiq qurumlar qərarlar qəbul edəcəklər. O insanlar ifşa olunacaqlar. 

Dövlətimizin korrupsiyaya qarşı tədbirləri bütün sahələri əhatə edəcək. Ona görə də faktlar, dəqiq məlumat olmadığı halda hansısa qurumu bəri başdan ittiham etmək sadəcə korrupsiyaya qarşı mübarizədə aparılan siyasətə zərbə vurmaqdır, ictimai rəy dolaşıqlığı yaratmaqdır. Amma ictimaiyyət nümayəndələri də, hər bir vətəndaşımız da əmin olsun ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır və bundan sonra da aparılacaq. 

Ordumuz hər gün bir qədər daha yaxşı təchizatla təmin olunur. Hərbi təchizat, hərbi texnologiyalar, silah-sursat, döyüş ləvazimatları çox sürətlə dəyişir və yeni keyfiyyətdə, daha modern istehsal olunur. Əgər 15 il əvvəlki texnika köhnəlibsə, onların yenilənməsi baxımından keyfiyyət fərqi var. Hər bir mərhələdə Azərbaycan Ordusu silahlarla təmin olunur, çünki ərazi bütövlüyümüzü bərpa etmək üçün Ali Baş Komandan hər an qərar verə bilər. Ona görə də ordumuz həm mənəvi, döyüş əhval-ruhiyyəsi baxımından, həm də texniki-təchizat və peşəkarlıq baxımından hər vaxt hazırlıqlı olmalıdır”.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...