“Oraya çatandan sonra “öldük” - Emeri Bakı finalından danışdı

“Oraya çatandan sonra “öldük” - Emeri Bakı finalından danışdı

"Arsenal”ın (İngiltərə) sabiq baş məşqçisi Unay Emeri bu il Bakıda keçirilən "Çelsi”yə uduzduqları (1:4) UEFA Avropa Liqasının finalı haqda İngiltərə mətbuatına açıqlama verib.

Sfera.az xəbər verir ki, ispaniyalı mütəxəssis bildirib ki, "Çelsi”yə məğlubiyyət "Arsenal”ın İngiltərə Premyer Liqasında çıxışına da mənfi təsir göstərib: 

"Bakıda "Çelsi”yə qarşı keçirdiyimiz finalın ilk hissəsində taktiki baxımdan yaxşı oynadıq. Fikrimcə, matçda nəzarəti tam şəkildə əlimizə ala bilərdik. Premyer Liqada sahilə doğru üzsək də, oraya çatandan sonra "öldük".

Qeyd edək ki, Emeri noyabrın 29-da uğursuz nəticələrə görə "Arsenal”ın baş məşqçisi postundan istefaya göndərilib. Onu həmyerlisi Mikel Arteta əvəzləyib. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR