Oqtay Güləliyevin durumu necədir? - Türkiyəli həkim danışdı - VİDEO

Oqtay Güləliyevin durumu necədir? - Türkiyəli həkim danışdı - VİDEO
 

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi üçün Türkiyədən dəvət olunan həkim onun vəziyyəti ilə bağlı açıqlama verib.

Sfera.az  xəbər verir ki, İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatioloq Kadir Doğruer "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakıya Oqtay bəyin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəvəti ilə gəlib: "Xəstəni müayinə etdim, əlimdən gələn köməyi etməyə hazıram. Oqtay bəyin ümumi vəziyyəti hazırda kritikdir. Beyində ciddi zədələnmə var, başqa bir problemi yoxdur. Burada zəruri olan bütün tədbirlər görülüb. Həyatı üçün təhlükə var. Beyni zədələndiyi üçün ciddi problemlər ortaya çıxa bilər. Hazırda bunu proqnozlaşdırmaq mümkün deyil.


Azərbaycanda edilən bütün tibbi müdaxilələr yerindədir. Vaxtında əməliyyat olunub və lazımı tibbi yardım göstərilib. Mənim bura gəlməyim tamamilə ailənin istəyi olub, əlimdən gələn dəstəyi verməyə çalışıram. Mən azərbaycanlı həkimlərin gördüyü işləri davam etdirəcəyəm, əlavə bir iş görməyəcəyəm. 

Türkiyə ilə Azərbaycan arasında reanimasiya prosedurları baxımından fərq var. Bu prosedurların Oqtay bəyə faydası olacağını düşünürəm. Buna görə də Oqtay bəyi İstanbula aparırıq. Burada hər şey yolundadır, sadəcə xəstə yaxınlarının tələbi ilə biz onu İstanbula aparırıq. 

Mən burada Azərbaycan dövlətinin vəzifəli şəxsləri və Heydər Əliyev Fondunun rəhbərliyi ilə görüşdüm. Oqtay bəyə verilən dəstəkdən çox təsirləndim. Ümid edirəm ki, bu dəstəyin nəticəsi olacaq. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edirəm".

Türkiyəli mütəxəssis Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşdüyünü də qeyd edib: "Anar Ələkbərovla birgə Oqtay bəyə baş çəkdik, baş həkimlə görüşdük, bütün prosedurları birlikdə müəyyənləşdirdik".
O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib ki, hazırda əri ikinci dərəcəli komadadır, vəziyyəti ağırdır: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Oqtayın Türkiyəyə aparılması təşkil olunub, onun müalicəsi orada davam etdiriləcək. Neyrocərrahiyyə Xəstəxanasının rəhbərliyinə də təşəkkür edirəm. Buradakı müalicəsi çox yüksək səviyyədə aparılıb. Sadəcə, Oqtay Gülalıyev City Hospitalda gec əməliyyat olunduğu üçün bu vəziyyətə düşüb".

OXŞAR XƏBƏRLƏR

“Sən əsl dost, heyrətamiz anasan” – Emin Leyla Əliyevanı təbrik etdi

  Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təbrik edib.  Sfera.az xəbər verir ki, bu barədə sənətçi s...

Avtosfer.az və QHT polisləri belə təbrik etdi - FOTO - VİDEO

  Bu gün Azərbaycan polisinin yaranmasının 102 ili tamam olur. Hər il olduğu kimi bu il də "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşəbbüsü ...

İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım - FOTO

  Prezident İlham Əliyev 2 iyul - Azərbaycan Polis Günü ilə bağlı "Facebook” hesabında paylaşım edib.  Sfera.az  xəbər verir ki, paylaşımda dey...

22 yaşlı qızın meyiti ailəsinə təhvil verilib - FOTO + VİDEO

  Sosial şəbəkələrdə yayılan videomaterialla bağlı Bona Dea Xəstəxanası açıqlama yayıb. Sfera.az  REAL-a istinadən xəbər verir ki, açıqlam...

DİN gənc müğənnilərin polisə dəstək videoçarxı hazırlamasına münasibət bildirdi

  Daxili İşlər Nazirliyi iki gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə bir qrup gənc müğənninin paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış binal...

102 illik şərəfli yolun davamçıları - hərbi hissədən - VİDEO - REPORTAJ

 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini yaradan böyük şəxsiyyətlər, təxminən, 1 ay sonra növbəti tarixi addım atırlar. İyunun 26-da Nazirl...