Operativ Qərargahdan toy edənlərə MÜRACİƏT - Sərt tədbirlər görüləcək...

Operativ Qərargahdan toy edənlərə MÜRACİƏT - Sərt tədbirlər görüləcək...
Bu gün Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib. 
 
Sfera.az xəbər verir ki, müzakirələrin gedişində şənlik mərasimlərinin keçirilməsi zamanı tələb olunan qaydalara əməl olunması və daha səmərəli nəzarətin həyata keçirilməsi üçün təkliflər səsləndirilib.
 
Qeyd olunub ki, gənclərin, şənlik mərasimi sahiblərinin həyatlarının ən sevincli və yaddaqalan gününün inzibati müdaxilələrlə pozulması arzuolunmazdır və Operativ Qərargah belə müdaxilələrlə şənlik mərasimlərinin dayandırılmasının tərəfdarı deyil.
 
Operativ Qərargah belə arzuolunmaz müdaxilələrə yol verilməməsi üçün vətəndaşları şənlik mərasimləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırır.
 
Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırır ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcək.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabiq nazir polisləri evində xadimə, çoban, balıqçı, otbiçən kimi işlədirmiş...

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov vəzifədə olduğu müddətdə polis əməkdaşlarını evində xadimə, fermasında çoban, vətəgələrində balıqçı, yonca sa...

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - VİDEO

Rus sülhməramlıları nəzarət etdiyi Laçın dəhlizində Azərbaycan bayrağının dalğalanması ilə bağlı görüntülər yayımlanıb. Sfera.az xəbər verir ki, videonu S...

Vilayət Eyvazov rəisi sərəncama götürdü

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.  Sfera.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvaf...

Qarabağdakı sülhməramlılara yeni komandan TƏYİN EDİLDİ

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı hərbçilərinin komandanı dəyişib. Sfera.az  "Sputnik Armeniya”ya istinadən xəb...

Teatr və kinoteartların fəaliyyətinə icazə verilir

Oktyabrın 1-dən etibarən teatr və kinoteartların fəaliyyətinə icazə verilir. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərarga...

Gələn həftədən bitib-tükənməz tıxaclar olacaq: Bəs nə etməli? - Ekspertdən valideynlərə tövsiyə

"İbtidai siniflərdə dərsin başlanması paytaxtın xeyli küçə və prospektlərində tıxacların artmasına səbəb olub”.   Bunu Sfera.az-a açıqlamasında nəqliyyat...