“Onlara vaksin vurmaqdan imtina etmişik” – Baş həkim

“Onlara vaksin vurmaqdan imtina etmişik” – Baş həkim
"Bir həftə ərzində 100 nəfər vaksinasiya olunub, hələ ki, peyvənd ancaq səhiyyə işçilərinə vurulur".

Bunu vaksinasiya prosesi ilə bağlı Sfera.az-a danışan Səbail rayonu, 2 nömrəli şəhər poliklinikasının baş həkimi Sevda Aslanova deyib. O, vaksin olunanlarda sonradan əks təsirin müşahidə edilmədiyini bildirib:

"Bu gün klinikamızda 100-cü tibb işçisinə vaksin vuruldu. Vaksinasiyanın birinci mərhələsi olduğu üçün hələ ki, peyvənd ancaq bu sahənin adamlarına vurulub. İkinci mərhələdə, yəni 1 fevraldan etibarən 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına start veriləcək".

Baş həkim vaksinasiyanın başlandığı tarixdən bu yana 20-ə yaxın səhiyyə işçisinə vaksin vurulmasından imtina edildiyini söyləyib:

"Vaksin olunan 100 nəfərdən heç birində sonradan narahatlıq yaranmayıb, allergik reaksiya müşahidə edilməyib. COVID-19 test nəticəsi pozitiv olan tibb işçiləri var idi ki, onlar da vaksinasiya üçün müraciət etmişdilər. Lakin onlarda artıq immunitet formalaşdığı üçün həmin şəxslərə peyvənd vurulmayıb. Son bir həftə ərzində bu qəbildən olan 20-yə yaxın şəxsə vaksin vurmaqdan imtina etmişik".

Sfera.az
Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...