No Image
No Image

“Onlar vəziyyəti qızışdırmağa çalışırlar” - Səməd Seyidov

“Onlar vəziyyəti qızışdırmağa çalışırlar” - Səməd Seyidov
20 ildir bu təşkilatda Azərbaycan nümayəndə heyəti ilə ölkəmizi təmsil edirik. 20 il əvvəl Azərbaycan bu təşkilata üzv olanda, böyük ağrıları var idi, torpaqları işğal altında idi. Bu illər ərzində burada ədalətsizliklərlə üzləşmişik, onun şahidi olmuşuq. Bu illər ərzində ərazilərimizlə bağlı ədalətin bərpa edilməsinə çalışmışıq. Həmişə Avropa Şurasına böyük ağrılarla gəlmişik. Bu gün son dərəcə qürurluyam, əraziləri ilə bağlı ədaləti, ərazi bütövlüyünü bərpa edən ölkənin nümayəndəsi kimi fəxr edirəm.
 
Sfera.az xəbər verir ki, bu fikirləri ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurlarının inkişafına dair müzakirədə bəzi deputatların qərəzli çıxışlarına qarşı səsləndirib.

O qeyd edib ki, Monitorinq Komitəsinin rolu getdikcə daha vacib olur.

"Bu gün artıq müharibə haqqında düşünməməliyik. Azərbaycan və Ermənistan arasında sülh razılığı imzalanıb. İndi etimadın bərpası haqqında düşünməliyik. Yeni atmosfera yaratmaq haqqında düşünməliyik. Regionumuza Avropa Şurasının dəyərlərini gətirməliyik. Ancaq təəssüf olsun ki, bəzi qrupların gərginliyi hələ də səngiməyib. Onlar vəziyyəti gərginləşdirməyə çalışırlar. Mövcud sülh prosesinə maneələr yaratmağa çalışırlar. Bu kontekstdə düşünürəm ki, c-b Jensen tərəfindən təqdim edilən münaqişə ilə bağlı məruzə müəyyən tarazlığa xidmət edir. Bu çox vacibdir. AŞPA-dakı həmkarlarımdan, dostlarımdan xahiş edirəm ki, belə tarazlığı qoruyub saxlasınlar. Tərəfkeşlikdən yayınsınlar. Yalnız tarazlığa riayət etməklə iki xalq arasında körpü yaratmaq olar”,- deyə S. Seyidov vurğulayıb.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir" - Prezident

"Mən demək olar ki, bütün çıxışlarımda, beynəlxalq müstəvidə bütün tədbirlərdə bu məsələni dilə gətirirdim, münaqişəni dilə gətirirdim. Bilirdim ki, gənc nəslin...

Prezident: "Biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq"

"Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir. Ali Baş Komandan bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ...

Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab

"Azərbaycan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının bu ilin 4 mart tarixində keçirilən Zirvə görüşündə çıxışı zamanı bölgədə sülh və sabitliyin təmin edi...

YAP-ın İcra Katibliyi ləğv edildi

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi ləğv edilib. Sfera.az bildirir ki, İcra Katibliyinin əvəzinə Mərkəzi Aparatı yaradılıb. Həmin vəzi...

İlham Əliyev yeni formalaşan İdarə Heyətinə tapşırıq verdi

"Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyası sədri İlham Əliyev bu gün keçirilən qurultayda yekun nitqi zamanı yeni formalaşan İdarə Heyətinə 3 ay müddətin...

İspaniya mətbuatında Qarabağ haqqında məqalə dərc olundu

"Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Qarabağ tarixi Azərbaycan torpağıdır". Bu barədə Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qur...