"Onlar böyük pullar qazanıb kiminləsə bölüşməklə işlərini bitmiş sayırlar..."

 "Ona görə də Prezident, parlamentin ilk iclasında da qeyd etdiyi kimi, komandasının üzvlərinin danışmalı olduğu bəzi məsələlər barədə özü danışmalı olur"
 
Sfera.az  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, koronavirusla mübarizə istiqamətində son günlər hökumətin qəbul etdiyi qərarları necə qiymətləndirirsiniz?

- Qəbul olunan qərarlar vətəndaşların Konstitusiya ilə qorunan hüquq və azadlıqlarını məhdudlaşdırsa da son zərurət vəziyyətində qəbul olunan qərarlar kimi qəbul olunmalıdır və kafi qiymətləndirilə bilər. Konstitusiyamızın 112-ci maddəsinə görə, Prezident epidemiyalar zamanı fövqəladə vəziyyət tətbiq edir. Bu zaman "Fövqəladə vəziyyət haqqında" Qanunuun 8-ci maddəsinin 8.0.18 -ci bəndinə əsasən, karantin tətbiq edilməsi, sanitariya - antiepidemiya tədbirlərinin həyata keçirilməsi üçün müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bunun üçün Prezident müvafiq Fərman imzalamalı və həmin Fərman 48 saat ərzində Milli Məclisin müzakirəsinə çıxarılmalı idi. Məsələ burasındadır ki, bizim karantin rejimi zamanı hüquq subyektlərinin hüquq və vəzifələrini müəyyənləşdirən qanunvericilik bazamız da yoxdur. Hazırda Nazirlər Kabinetinin yaratdığı Operativ Qərargah beynəlxalq təcrübəyə istinad edərək qərarlar qəbul edir. Qəbul olunmuş qərarların qanuniliyi məsələsini bir kənara qoysaq, vətəndaşlarımızın epidemiya ilə mübarizə baxımından ciddi narahatçılığına əsas yoxdur. Hökumət mümkün olan hər şeyi etməyə çalışır .Bu məqsədlə, əslində elan olunmasa da fövqəladə vəziyyət tətbiq olunub.

- Hökumət vətəndaşlara kömək və makroiqtisadi sabitliyi qorumaq üçün kimlərə dövlət dəstəyinin veriləcəyini açıqlayıb. Bu yetərlidirmi?

- Beynəlxalq iqtisadi böhranı yaxınlaşdırmış COVİD-19 epidemiyasına qarşı mübarizədə bütün dövlətlər vətəndaşlarına öz imkanları çərçivəsində müəyyən yardım paketi təqdim edir. Azərbaycan hökumətinin də bu addımı alqışlanmalıdır. Amma bütün sivil və demokratik dünyada olduğu kimi vəsaitin ayrılması barədə hökumətin qərarı parlamentdə müzakirə və təsdiq olunmalıdır ki, deputatlar sənədə öz münasibətini bildirə bilsin. Yalnız sənədlə tanış olandan sonra vəsaitlərin nə qədər əsaslı və ədalətli bölüşdürülməsi barədə fikir söyləmək olar. Makroiqtisadi sabitliyi qorumaq və iqtisadiyyatımızı dayanıqlı etmək üçün isə yubanmadan ciddi iqtisadi islahatlar həyata keçirilməli, dövlət bizneslə məşğul olmaqdan imtina etməli, böyük özəlləşdirməyə gedilməli,sağlam rəqabət mühiti formalaşdırılmalı, əmlak toxunulmazlığına güclü məhkəmə hakimiyyəti yaratmaqla təminat verilməlidir. Bu istiqamətdə ciddi qərarlar qəbul olunarsa, bir neçə il ərzində neftdən asılılığa son qoyub iqtisadi sıçrayışa nail ola bilərik.

- Qüdrət bəy, ölkədə nervoz bir vəziyyətin yaradılması istiqamətində "fit müxalifəti" tərəfindən xaricdən ciddi iş aparılır. Bu informasiya savaşında ölkədəki vəziyyətə görə daha çox məsul olan iqtidar təmsilçilərinin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

- Prezidentin özünün və az sayda, çox da böyük vəzifə tutmayan iqtidar təmsilçisinin fəaliyyətini çıxmaqla qənaətbəxş hesab etmək olmaz. İqtidardakı bir qisim şəxslər siyasi vəzifələr tutsalar da heç nəyə qarışmır, ya bizneslə məşğul olur, böyük pullar qazanıb kiminləsə bölüşməklə işlərini bitmiş sayırlar. Digərləri rəhbərlik etdikləri sahələr ciddi tənqid olunsa da cavab vermirlər. Düşünürlər ki, onların əvəzindən bunu başqası etməlidir. Başqa bir qisim insanlar isə başa düşür ki, iqtidarı tənqid və təhqir edənlərə qarşı ortaya açıq mövqe qoysalar qarşı tərəfdən onlara çirkab atılacaq, nüfuzlarına toxuna biləcək hücumlar təşkil ediləcək. Vəzifələr isə haqqında heç nə deyilməmiş insanlara verildiyindən, həmin qurup iqtidarın rəqibləri ilə qarşıdurmadan çəkinərək, hərdənbir hökuməti tərifləyib şəxsi əlaqələr vasitəsilə yüksək vəzifələr alırlar. Görürlər ki, "beşinci kolon"la mübarizə aparanlara yalnız savaş haqqı tanınır. Ona görə də Prezident, parlamentin ilk iclasında da qeyd etdiyi kimi, komandasının üzvlərinin danışmalı olduğu bəzi məsələlər barədə özü danışmalı olur.


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...