\"Onlar axmaqdırlar və çox danışırlar” - Ronaldu

\
 

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasında bu həftə "Atletiko"ya qarşı keçirilən matda (2:2) madridli azarkeşlərə göstərdiyi jest haqda danışıb.

Sfera.az goal.az-a istinadən xəbər verir ki, epizodlardan birində portuqaliyalı futbolçu onu bütün matç boyu fitə basan "Atletiko"lu fanatlara bir neçə dəfə barmaqlarını açıb-bağlamaqla cavab verib.

"Sky Sport İtalia" Ronaldunun etdiyi hərəkətə dair fikrini yayıb. O bildirib: "İnsanlar çox danışmağı xoşlayırlar. Vəssalam. Onlar axmaqdırlar və çox danışırlar".


OXŞAR XƏBƏRLƏR