\"Omicron\" ştamının daha yoluxucu olmağının səbəbi bilindi

\
Elm adamları "Omicron”da soyuqdəyməyə səbəb ola biləcək genetik kod parçası tapıblar.
 
Sfera.az bildirir ki, bu istiqamətdə Massaçusets ştatının Kembric şəhərində yerləşən "Nference” adlı analitik mərkəzin tədqiqatçıları araşdırma aparıb. Tədqiqatın müəlliflərindən olan biologiya mühəndisi Venki Sondararacan, sözügedən parçanın "Omicron”un yoluxduruculuq qabiliyyətinin izahı ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu,  variantın daha yoluxucu və yüngül və ya asemptomatik infeksiyaya səbəb olduğunu ifadə edə bilər.

Cənubi Afrikadan gələn hesabatlar da araşdırmanın nəticələrini gücləndirib. Belə ki, sözügedən ölkədə rast gəlinən "Omicron” hallarının demək olar ki, hamısında yüngül simptomların müşahidə edildiyi bildirilib.  Bununla belə, son tədqiqat hələ də elmi komitə tərəfindən nəzərdən keçirilməyib.
 
Qeyd edək ki, "Omicron”nun əlamətləri sırasında öskürək, ürək döyüntüləri, yüksək qızdırma, əzələ ağrıları, yorğunluq və halsızlıq yer alır.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...