No Image
No Image

Ombudsmanın nümayəndələri məhbuslara baş çəkiblər

Ombudsmanın nümayəndələri məhbuslara baş çəkiblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından Sfera.az-a bildirilib ki, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri müəssisənin cərimə təcridxanasına, sanitar-tibb hissəsinə, yeməkxanaya, mətbəxə, görüş və karantin otaqlarına, habelə digər obyektlərə baxış keçiriblər.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin sanitar-tibb hissəsinin təmir olunduğu, lakin cərimə təcridxanasında əsaslı təmirə ehtiyac olduğu müşahidə edilib.

Məhkumların saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb. Fərdi və konfidensial qəbul zamanı məhkumların hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah edilib. 

Başçəkmə çərçivəsində Ombudsmana ünvanlanmış yazılı müraciətlər qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Yekunda MPQ üzvləri tərəfindən müəssisənin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, habelə saxlanma şəraitinin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Daxili Qoşunların yaralı hərbçisi bu gün şəhid oldu

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların yaralı hərbçisi bu gün şəhid olub. Bu barədə Sfera.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. B...

2858 şəhid, 2858 xalça...- Dillər əzbəri olmuş xalçaların hazırlandığı məkandan REPORTAJ

İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərimizə ümumxalq sevgisi ən müxtəlif formalarda təzahür edir. Hər kəs imkanları daxilində şəhidlərimizlə bağlı n...

Yoluxanların sayı azaldı, 9 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb,  770 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az&nbs...

Füzulinin Dördçinar kəndi - FOTOLAR/VİDEO

Müdafiə Nazirliyi Füzuli rayonunun Dördçinar kəndindən videogörüntülər yayıb. Sfera.az  görüntüləri təqdim edir:...

Hərbi Prokurorluq: 2 858 şəhidin şəxsiyyəti tam müəyyən edilib

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qı...

“Türkdilli dövlətlər arasında əməkdaşlığa töhfədir” – Aşqabadla Bakı yaxınlaşması nə vəd edir?

"Aşqabadla Bakı arasında münasibətlərin inkişafında yeni, daha geniş imkanlar pəncərəsi açıldı”. Bu sözləri Sfera.az-a açıqlamasında Aşqabadda Azərbaycanl...