Oliqarx icra başçısı Ukraynada daha bir şirkət açdı (FOTO)

Oliqarx icra başçısı Ukraynada daha bir şirkət açdı (FOTO)
 
"Avropanın üç ölkəsində şirkətlər, hətta Ukraynada zavod və kombinat açan bir icra başçısının ciddi korrupsiya araşdırması tələb edən fəaliyyəti barədə dəfələrlə faktlar, sənəd-sübutlar təqdim etmişik. Söhbət Qubanın tamahı və əməlləri böyük "balaca kralı" Ziyəddin Əliyevdən gedir".

Sfera.az xəbər verir ki, bu sözləri sosial şəbəkəsindəki hesabında jurnalist Cavanşir Həsənli yazıb.
 
O, yazısında sənəd də əlavə edərək, bildirir ki, Ukraynanın Lvov vilayətinin Mikolayevsk rayonunda 10 milyon dollar investisiya ilə asfalt zavodu açan işbaz icra başçısının fəaliyyətinə hüquqi qiymət verilməyəcəyi əvvəldən aydın idi. Amma o qədəri əsla gözlənilən deyildi ki, "balaca kral" özü haqqında bu qədər detallı, imzalı, möhürlü sənədlər ortaya çıxandan sonra acığa Ukraynada yeni bir şirkət də açacaq: 

"Deməli, Ziyəddin Əliyev bu qədər ifşa olunandan sonra bu ilin aprelin 1-də Mikolayevskdə, İvan Mazeli 21/5 ünvanında SMANBUD TOV, yəni MMC qeydiyyatdan (şəhadətnamə nömrəsi 42809651) keçirib. Bu şirkət də yol tikintisi sahəsində fəaliyyət göstərməyə başlayıb.

Düzdür, şirkət Hacıyev Vüqar İsgəndər oğlunun adına rəsmiləşdirilib. Bu şəxs Ziyəddin Əliyevin Ukraynadakı şirkətlərini idarə edən əsas adamıdır və icra başçısının rəhbərlik etdiyi rayonun Maliyyə İdarəsinin müdiri olan Hacıyev Ruslan İskəndər oğlunun qardaşıdır. Hansı ki, Ziyəddin Əliyev Mikolayevskdə ilk dəfə "Alov” zavodunu açarkən də məhz onu direktor təyin etmişdi.

Beləliklə, Ziyəddin Əliyevin Ukraynadakı şirkətlərinin sayı 6-ya, ümumən xaricdəki şirkətlərinin sayı 8-ə çatıb:

1. ALOV ASFALT ZAVODU

2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ

3. "ALOV" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

4. "ALOV TİCARƏT EVİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

5. "ALOV-BUD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ".


OXŞAR XƏBƏRLƏR

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...