\"Olimpiakos\" - \"Neftçi\" oyunu azarkeşlərlə keçiriləcək

\
Yunanıstanda "Olimpiakos" ilə "Neftçi" arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu azarkeşlərlə keçiriləcək.

Bu barədə Pirey təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nikos Qavalas məlumat verib.

Onun sözlərinə görə, biletlər növbəti həftənin ilk günündən satışa çıxarılacaq: "Hələlik bilet sayı barədə dəqiq məlumat yoxdur. Düzdür, protokolda stadionun ümumi azarkeş tutumunun 80 faizi qədər göstərilib. Amma indiki məqamda dəqiq rəqəm deyə bilməyəcəyəm. Stadiona yalnız vaksin olunmuş şəxslər buraxılacaqlar".

Qeyd edək ki, iyulun 21-də "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Arenanın ümumi azarkeş tutumu 32 115 nəfərdir. // "Report"


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...