Oktyabrda nağd dollar alışı kəskin artıb

Oktyabrda nağd dollar alışı kəskin artıb
Azərbaycanda bu ilin oktyabrında nağd dollar alışında kəskin artım qeydə alınıb.
 
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, nağd dollar alışı iyul, avqust və sentyabrda hər ay 94-96 milyon olduğu halda, oktyabrda 159,2 milyona yüksəlib.
 
Bu dəyişiklik oktyabrda dollara tələbin güclənməsini göstərir. Bununla əlaqədardır ki, ötən ay nağd dollar satışı da azalıb. Son 4 ayda dollar satışı 119-128,5 milyon arasında dəyişdiyi halda oktyabrda 100 milyona düşüb.
 
Noyabrda da dollara tələbin güclənməsi müşahidə edilir. Mərkəzi Bank tərəfindən keçirilən valyuta hərraclarında xarici valyuta alışının 100 milyonu keçməsi də bunu təsdiqləyir. Noyabrda keçirilən hərraclarda dollar satışı 605 milyonu ötüb. Ay başa çatana qədər daha 2-3 hərrac keçiriləcəyini nəzərə alsaq, ay ərzində dollar satışı 800 milyonu ötəcək.
 
Xatırladaq ki, əvvəlki ayların heç birində bu qədər yüksək məbləğdə satış nəticəsi qeydə alınmamışdı.
 
Vasif
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Unibank kartını almaq üçün azı 8 səbəbiniz var

Pulunuzu xərcləyəndə də, xərcləməyəndə də qazandıran pulsuz kart almaq istəyirsinizsə, "Unibank”a müraciət etməyin əsl vaxtıdır.  Kartı bank filialın...

Neft Fondu dolların payını azaldacaq

Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə investisiya portfelində ABŞ dollarının payını azaldacaq.  Posta.az rəsmi məlumatlara istinadən xəbər verir ...

Azərbaycanda hansı avtomobillərin qiyməti artıb? - VİDEO

Azərbaycanda 1 il ərzində mühərrikinin həcmi 2,5 litrdən yuxarı olan maşınlara tələbat azalıb. Sfera.az xəbər verir ki, bununla bağlı İTV videomaterial ha...

Avro əskinasları üzərində məşhurların təsviri olacaq

Məşhur şəxsiyyətlərin və ya abidələrin təsviri olduğu avro əskinasları yaxın illərdə buraxıla bilər. Sfera.az xəbər verir ki, bu məsələ avronun 2022-ci il...

“Azərbaycan İnvestisiya Şirkəti” və “Balacans Agro Food” arasında müqavilə imzalandı - FOTOLAR

Balakəndə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, Balakən Rayon İcra Hakimiyyəti...

Azərbaycan nə qədər qaz alıb?

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 28 milyon 779 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 35,7 milyard kubmetrdən çox təbii qaz hasil olu...