No Image
No Image

"Odla oynamasınlar! Zərrə qədər təhlükə görsək, onları dərhal məhv edəcəyik" - Prezidentdən Ermənistana XƏBƏRDARLIQ

"Mənim sözüm yerindədir. Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar. Onlar uzun illər dırnağarası "müzəffər və güclü” ordusu ilə öyünürdülər”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı jurnalistin "Cənab Prezident, mayın 8-də - Şuşanın işğalı günü Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələri Şuşanın qaytarılması ilə bağlı bəyanatlar verdilər və revanşist fikirlər səsləndirdilər. Siz dəfələrlə qeyd etmisiniz ki, əgər onlar revanşist addımlar haqqında düşünsələr, darmadağın ediləcəklər. Bu bəyanata münasibətinizi bilmək istərdik” sualına cavabında deyib.

Dövlət başçısı əlavə edib:
 
"Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident səhiyyə işçilərini təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sfera.az-ın məlumatına görə, sər...

Kreml sözçüsündən Şuşa bəyannaməsinə sərt reaksiya: “NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında...”

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə hərbi bazalarının Azərbaycanda qurula biləcəyi haqda xəbərləri diqqətlə izlədiklərini bildirib. Sfera.az xarici ...

"Rusiya XİN hansı hüquqla Qarabağ məsələsini xaricilərlə müzakirəyə çıxarır?" - ETİRAZ

"Rusiya Xarici İşlər Nazirliyi artıq Qarabağ problemi terminindən istifadə etməməli, beynəlxalq təşkilatlarla bu məsələnin müzakirəsinə son qoymalıdır”. ...

Türkiyə Prezidentinə “Zəfər” adlı Qarabağ atı hədiyyə edildi

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimatı zamanı Türkiyə Respublikasının Prezide...

Əliyevlə Ərdoğanın Şuşadan dünyaya verəcəkləri mesaj – Nələr gözlənilir?

"İlham Əliyevin Ərdoğanı Bakıda yox, Qarabağda rəsmi mərasimlə qarşılamasının iki şifrəsi var. Birincisi, işğaldan azad edildikdən sonra Qarabağa ilk səfər ed...

Ərdoğanın Şuşaya səfər proqramı AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı səfər proqramı bəlli olub. Sfera.az TRT-yə istinadən xəbər verir ki, Bakıya gələn Ərdoğan buradan...