\"O sözünün üstündə dura biləcək, ya yox?!\" - Zakir Həsənovdan anons - VİDEO

\
"Hesab edirəm ki, biz hərbçilər bu polemikada iştirak etməli deyilik. Bizim vəzifəmiz döyüşməkdir".
Sfera.az xəbər verir ki, bu sözləri Müdafiə naziri Zakir Həsənov Real TV-də yayımlanan "Mir Şahin vaxtı” verilişində Ermənistanın Baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları ilə bağlı açıqlamasında deyib.
 

"Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz bunu arzulayırıq. Bu, yaxın vaxtda olacaq. Görəcəyik ki, o öz sözünün üstündə dura biləcək, ya yox?! Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi onlara layiqli cavab verib. Heç Ermənistan rəsmi dövlət kimi Qarabağı tanımayıb. Boş-boş danışmaq onlara qalacaq”.

Nazir bildirib ki, 2016-cı ildə Azərbaycan ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu 3 gün ərzində darmadağın etdi:

"Məcbur olub səfərbərlik elan etdilər. Səfərbərlik nə zaman elan olunur?! Ordunun gücü tükənəndə... Qocaları yığır, toy-bayramla göndərir. Nə oldu? Qaçdılar dərhal öz "yiyə”lərinin yanına ki, "qoymayın qırırlar”. Lakin mən inanmıram ki, ikincidə bunların "yiyə”ləri bunların arxasında dayana bilsin”, - deyə nazir bildirib.
 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...