O kimdir ki, prezidentin adından danışır? – Cümşüd Nuriyev

O kimdir ki, prezidentin adından danışır? – Cümşüd Nuriyev


"Azərbaycanın Qarabağ konflikti ilə bağlı postdanışıqlar dövrünə qədəm qoymasını ancaq ölkə prezidenti elan edə bilər. Konstitusiya ilə belə bir qərarın verilməsi prezidentin təqdimatı ilə parlamentə məxsusdur”.


Bu sözləri Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin münaqişənin həllilə bağlı "biz artıq "postdanışıqlar dövrü”nə qədəm qoymuşuq” fikrinə münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib:

 

 

"Fərid Şəfiyev kimdir ki, prezidentin adından danışır? Onun bu sayaq danışmağa ixtiyarı belə yoxdur. O, ancaq aparılan tədqiqatlar barədə məlumat verə bilər. Hələlik postdanışıqlar dövrünə qədəm qoymamışıq. Bu adam səfir olub, bizneslə məşğul olub, bu öz işidir. Amma onun bu şəkildə danışması anlaşılmazdır”.

 

Həmsöhbətimiz bu mənada mərkəz rəhbərini belə məsələlərdə ehtiyatlı olmağa səslədi: "Beynəlxalq siyasətdən xəbəri olan adam bu tip məsələlərdə bir qədər ehtiyatlı olmalıdır. Bir tərəfdən, xarici işlər naziri Elmar Məmmədyarov danışıqların davam edə biləcəyini deyirsə, o tərəfdən də təhlil mərkəzinin rəhbəri postdanışıqlar dövründən danışırsa, bu, Azərbaycanın vahid xarici siyasətinin formalaşmaması anlamına gələ bilər. Əslində, vahid xarici siyasətimiz var”.

 

 

C. Nuriyev onu da qeyd etdi ki, Azərbaycan hələlik heç bir postdanışıqlara getməyib:"Bunun baş verməsi üçün Azərbaycan müharibə elan etməlidir. Belə bir proses yoxdursa, bu nə söhbətdir, Şəfiyev açıqlayır? Bu kimə lazımdır? Bunun politoloji izahı da yoxdur. Hüquqi cəhətdən də qanunsuzdur. Cənab Şəfiyev belə deyirsə, hər halda onun bir əsası var, bu da özünəməxsus əsasdır. Azərbaycan qanunvericiliyində isə belə bir şey yoxdur”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR