Növbədənkənar parlament seçkilərində proporsional sistem bərpa ediləcək? - RƏYLƏR

Növbədənkənar parlament seçkilərində proporsional sistem bərpa ediləcək? - RƏYLƏR


Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Prezident İlham Əliyevə parlamentin buraxılması ilə bağlı müraciət edib. Milli Məclisin sabahkı toplantısında məsələnin müzakirəyə çıxarılacağı və yekun qərarın veriləcəyi gözlənilir.

 

Yaranmış yeni sitiuasiyada növbədənkənar parlament seçkilərində proporsional seçki sisteminin bərpa oluna biləcəyi haqda da ehtimallar səslənir. Sfera.az belə bir ehtimalın reallaşa biləcəyi ilə bağlı sorğu keçirib.

 

Məsələyə münasibət bildirən ADP sədri Sərdar Cəlaloğludüşünür ki, Keçmiş sovet respublikalarının hamısında, o cümlədən Azərbaycanda seçkilər mütləq mənada proporsional sistemin üstünlüyü şəraitində keçirilməlidir:


"Ölkələrin demokratiyaya keçidində seçki sisteminin necə olması mühüm əhəmiyyət kəsb edir. Yalnız yüksək inkişaf etmiş demokratik sistemlərdə majioritar sistem həyata keçirilir. Yerdə qalan ölkələrin mütləq əksəriyyəti ya proporsional, yaxud da qarışıq sistemdən istifadə edir. Keçmiş sovet respublikalarının demokratik cəmiyyət yaratmalarına hələ uzun illər vaxt lazımdır. Bu baxımdan keçmiş sovet respublikalarının hamısında seçkilər mütləq mənada proporsional sistemin üstünlüyü şəraitində keçirilməlidir. Çünki çoxpartiyalı sistem tam inkişaf etmədiyindən, cəmiyyət tam siyasiləşmədən vətəndaşların majioritar sistemdə öz iradələrini ifadə etməsi əslində ümummilli iradəni ortaya çıxarmır”.


Partiya sədri dedi ki, proporsional sistem partiyaların inkişafına stimul yaradır: "Proporsional sistem şəraitində çoxpartiyalı siyasi sistem təşəkkül tapacaq və vətəndaşların şüur səviyyəsinə uyğun olaraq parlamentdə təmsil olunacaqlar. Proporsional seçki sistemi hər hansl ideoloji yönümlü dağınıq siyasi qüvvələri bir araya gətirən ən əlverişli və mütərəqqi üsullardandır”.

 

"Proporsional sistem olmadan azad siyasi rəqabət mühitinin yaradılması mümkünsüzdür”. Bu sözləri isə sfera.az-a açıqlamasında AXP sədri Pənah Hüseyn bildirib:"Proporsional seçki sisteminin bərpası Azərbaycan müxalifətinin irəli sürdüyü əsas tələblərdən biridir. Daha çox siyasi qüvvələr yarıbayarı olmaqla qarışıq sistemin tətbiqinin tərəfdarıdır. Proporsional sistem olmadan demokratiyanın əsas subyekti olan siyasi partiyaların inkişafı, azad siyasi rəqabət mühitinin yaradılması mümkün deyil. Bu səbəbdən müxalifətin seçki islahatları məsələsində irəli sürdüyü ən mühüm tələb məhz budur”.


ReAl Partiyasının icra katibi Natiq Cəfərli də düşünür ki, Azərbaycanda proporsional seçki sisteminin bərpası mümkün və labüddür: "Çünki normal siyasi partiyaların formalaşması, normal siyasi diskussiyaların, partiyalararası münasibətlərin bərqərar olması üçün proporsional sistemin bərpası mütləqdir. İlkin mərhələdə sistemə keçidin daha rahat baş verməsi üçün qarışıq sistem də ola bilər. Həmin sistemin bərpası ölkədə siyasi partiyaların çəkisilə bağlı ümumi fikrin yaranmasına da gətirib çıxara bilər.”


AMİP funksioneri Əli Orucov isə yaxın zamanlarda belə bir ideyanın reallaşacağını düşünmür: "Proporsional seçki sisteminin müsbət tərəfləri çoxdur. Bu addımın atılması partiya daxili rəqabətə və partiyaların inkişafına təkan verə bilər. Bu istiqamətdə təkliflər də vermişik. Amma yaxın zaman ərzində Azərbaycan hakimiyyətinin proporsional sistemin bərpasına gedəcəyini zənn etmirəm”.

 

 

Elçin

Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Guya Milli Şura seçkidə iştirak etməsə..." - YAP-dan REAKSİYA

  "Azərbaycanda 50-dən artıq siyasi partiya var və bu partiyalardan 40-dan çoxu parlament seçkilərində iştirak edəcək". APA-nın xəbərinə görə, bunu ...

Növbədənkənar parlament seçkiləri bu tarixdə keçiriləcək - SƏRƏNCAM

  Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkə...

“Bunun cəmiyyətə və deputatlara istisi, soyuğu yoxdur...” – Parlamentin buraxılmasına reaksiyalar

"Hakim Yeni Azərbaycan Partiyası həm Azərbaycandakı digər siyasi təşkilatlara, həm də dünyaya göstərdi ki, hakim partiya islah olunmaq istəyir”. Sfera.a...

“Lavrova Bakıda cavab verilməlidir” - Rusiya XİN rəhbərinin gözlənilən səfərinə münasibət

"Lavrovun Bakıya gələn həftə reallaşacaq səfəri onun məhz İrəvanda keçirdiyi son görüşün nəticələri ilə bağlıdır”. Sfera.az-a açıqlamasında bu sözlə...

"Gənclərin beyinlərini zəhərləmək istəyirlər..." - İlham Əliyevdən müraciət xarakterli çıxış

  "Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda ...

Əli İnsanov nə etdiyini anlamayan qocadır - Siyasi icmalçıdan HƏP-ə "tək səbir": HƏPÇİ

"Əli İnsanovun "siyasi fəaliyyəti” nə qədər komikdirsə, onun siyasi partiya yaratmaq iddiasında bulunması da bir o qədər ggülüncdür. Üstəlik, yaratdığı p...