Tibb Universiteti paylaşım etdi - Cavab ABŞ-dan gəldi

Tibb Universiteti paylaşım etdi - Cavab ABŞ-dan gəldi

Yusif Hacıyev dünyanın ən məşhur xəstəxanalarından biri olan Texas Children's Hospitalda fəaliyyətə başlayan ilk Azərbaycanlı həkim olub.

 

Hospitalın pediatrik otolarinqologiya şöbəsində işə başlayan Y.Hacıyev ABŞ-ın həkim sertifikasiya imtahanı olan USMLE imtahanlarından uğurla keçərək bu imkanı əldə edib.


Qeyd edək ki, Texas Children's Hospital ABŞ-ın nüfuzlu tibb məktəbi - Baylor College of Medicine kollecinə aiddir və dünya üzrə xəstəxanaların reytinqində yüksək yer tutur.

 

Bu böyük nailiyyətə görə Yusif həkimi təbrik edirik.


Dr. Yusif Hacıyev isə öz sosial şəbəkə hesabında bunları yazıb:


"Azərbaycan Tibb Universiteti mənim haqqımda paylaşım edib. Təşəkkür edirəm. Bəli mən ATU məzunu deyiləm, amma omrümün 7 ili orda keçib və hələ də kafedranın əməkdaşı və ezamiyyətdə olan şöbə müdiriyəm. Hər nə qədərdə eks kafedra müdiri və bəzi kafedra əməkdaşları tərəfindən sistematik mobbinqə məruz qalsam da, hər nə qədər akademik ünvanları haqq etdiyim halda məni yola versələr də onlara da təşəkkür etmək istəyirəm. Mənə buralara gəlməyim üçün stimul oldular! Azərbaycana qayıdanda ATU-da işləməyə dəvam edib etməyəcəyimi hələ bilmirəm, amma onu bilirəm ki, son nəfəsimə qədər nə öyrənmişəmsə öyrədəcəyimə hüzurunuzda SÖZ verirəm.


OXŞAR XƏBƏRLƏR