No Image
No Image

Novruz Məmmədov son kadr islahatlarının əsas məqsədini açıqladı

Novruz Məmmədov son kadr islahatlarının əsas məqsədini açıqladı

"İslahatların hazırkı mərhələsində mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün də kifayət qədər aktualdır".

 

Bunu Baş Nazir Novruz Məmmədov dövlət qəzeti "Azərbaycan"da dərc olunan məqaləsində qeyd edib.

 

O bildirib ki, son illərdə həyata keçirilən kadr islahatlarının əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə, dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir: "Cənab Prezident İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və digər qərarlar qəbul edir, struktur islahatları həyata keçirir. Qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın tətbiqini aktuallaşdırdığından dövlət başçısı hökumətin bu çağırışlara hazır olmasını da son dərəcə vacib sayır".

 

Baş Nazir xatırladıb ki, 2017-ci ilin fevral 21-də Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması, bu mənada postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlılığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət edib: "Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyəti bu prosesin sürətlənməsini təmin etmiş, idarəçiliyə yeni nəfəs gətirmişdir. Cəmiyyətdə mütləq çoxluğun qənaəti bundan ibarətdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış və yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva üzərinə götürdüyü məsuliyyətli missiya ilə ölkə başçısının və xalqın etimadını inamla doğruldur".


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident Pedaqoji Universitetlə bağlı SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sfera.az-ın məlumatına ...

Prezidentdən informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında " fərman imzalayıb. Sfera....

Şoyqudan BMT-yə İTTİHAM: "Qarabağla bağlı təklifimizə cavab gəlməyib"

BMT Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı Rusiyanın təklifinə cavab verməyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın müdafi...

Üç ölkə birləşir: "Xankəndidə antiterror əməliyyatı qaçılmazdır"

Aprelin 14-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Toyvo Klaar İrəvanda Qarabağdakı separatçıların "xarici işlə...

ABŞ-Rusiya mübarizəsinin daha gərgin fazası BAŞLADI: "Hərbi-siyasi qarşıdurmaların şahidi ola bilərik"

"ABŞ-da baş tutmuş sonuncu prezident seçkilərindən sonra bu ölkənin strateji institutları Rusiya ilə iş sahəsində ciddi paradiqma dəyişikliyi edib. Düşünürəm ki...

Rusiya miqrantları ölkədən qovur: Ən çox hansı ölkə zərər görəcək?

Xəbər verdiyimiz kimi Rusiya hökuməti MDB ölkələrindən olan 1 milyondan çox qanunsuz miqranta iyunun 15-nə kimi ölkəni tərk etməyi tələb edib. Daxili İşlər Nazi...